Baş səhifə / Dünya / Trampın geri istədiyi keşişin məhkəməsi təxirə salındı

Trampın geri istədiyi keşişin məhkəməsi təxirə salındı

0

Türkiyə ilə ABŞ arasında münasibətlərin neçə ildir gərginləşməsinin əsas səbəbkarlarından biri olan İzmirdəki Diriliş kilsəsinin keşişi, ABŞ vətəndaşı Andrü Kreyq Brunsonun aprelin 16-da keçirilən məhkəməsi may ayının 7-ə qədər təxirə salınıb. ABŞ prezidenti Donald Trampın Türkiyədən azad olunmasını tələb etdiyi keşişin əvəzində rəsmi Ankara Pensilvaniya ştatında yaşayan Fətulla Gülənin verilməsi şərtini qoyur. Elə dünən “CNN-türk”ün yaydığı bir xəbərə görə, bu günlərdə keşişin əvəzində F.Gülənin bir gecə kəşfiyyatın təyyarsi ilə Türkiyəyə gətirilməsi ehtimalı mövcuddur.

Xatırladaq ki, FETÖ və PKK terror təşkilatları adından cinayət törətdiyi iddiası ilə təxminən iki ildir həbsxanada məhbus həyatı yaşayan və məhkmədə 35 ilə qədər həbs cəzası tələb edilən ABŞ-dan olan keşiş Andrü Kreyq Brunsonun xristian olmaq üçün razı saldığı kürd mənşəli vətəndaşları təxminən iki aylıq dini təhsilin ardından İzmir körfəzində xaç suyuna saldığı ortaya çıxıb. Amerikalı keşiş A.Brunson həm xristian missioneri olub, həm fətullahçılarla əlbir çalışıb, həm də Diriliş kilsəsi icmasına Türkiyənin şərq vilayətlərindən, xüsusilə Suriyadan qaçqın kimi ölkəyə gələn terror təşkilatına simpatiyası olan kürd mənşəli separatçı və PKK-çıları xristianlaşdırmaq üçün səy göstərib.

A. Brunsonun həyat yoldaşı Norin Linin də iştirak etdiyi mərasimlərin sonunda protestantların Yaradana ibadət anlayışlarının şərti kimi Diriliş kilsəsi icması üzvlərinin əhatəsində musiqi sədaları altında rəqs edən PKK-çılar dualar oxuyurlarmış.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …