Baş səhifə / Foto / Hakim soyunub-geyinmə otağında penalti təyin etdi

Hakim soyunub-geyinmə otağında penalti təyin etdi

6

Almaniyanın I Futbol Liqasının (Bundesliqanın) 30-cu həftəsinin oyunlarının birində indiyə qədər futbol meydançlarında görünməmiş bir qərar qəbul edildi. Liqadan çıxmaq təhlükəsi üzləşdikləri üçün ciddi mübarizə aparan iki komanda (“Maynz-05” və “Freyburq”) arasında baş tutan qarşılaşmanın ilk hissəsi başa çatdıqdan sonra, bir qayda olaraq, futbolçular fasilə üçün soyunub-geyinmə otağına gediblər.

Baş hakimin videogörüntü üzrə köməkçisinin xəbərdarlığı ilə futbolçular soyunub-geyinmə otağında olduğu halda hakim G.Vinkman tərəfindən penalti cəriməsi təyin edilib.

Belə ki, “Opel Arena”da keçirilən və liqada qalmaq üçün iki komanda arasında mübarizənin önəmli oyunu sayılan matçda “Freyburq”un futbolçusu Mark Oliver Kempfin əvvəlki epizodda cərimə meydançasında topa əllə müdaxilə etməsini söyləyən videogörüntü üzrə köməkçi Bibiana Şteynhaus baş hakim Guido Vinkmanın qərarını dəyişdirə bilib.

Bu zaman artıq “Freyburq” komandası soyunub-geyinmə otağına gedib. Buna baxmayaraq, baş hakim G. Vinkman vepizodun təkrarını izləyərək ev sahibi komandanın lehinə onbirmetrlik cərimə zərbəsi təyin olunması barədə qərar verib. Soyunub-geyinmə otağına gedən futbolçuları yenidən meydançaya qaytarılıb və penalti cəriməsi yerinə yetirilib. Beləliklə, Pablo De Blasisin 45 + 7 dəqiqədə penaltidən vurduğu qolla “Maynz 05” ilk hissə 1-0 önə keçib. Fasilədən sonra 79-cu dəqiqədə “Maynz 05”in argentinalı oyunçusu P. Blasis daha bir qol vurub və ev sahibi 2-0 hesabı ilə qələbə qazanıb.

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …