Baş səhifə / Dünya / Ərəb dövlətləri bir-birinə qarşı: Suriyada ABŞ hərbi qüvvələrinin əvəzinə ərəb ordusu

Ərəb dövlətləri bir-birinə qarşı: Suriyada ABŞ hərbi qüvvələrinin əvəzinə ərəb ordusu

5

ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzeti, ABŞ-ın Suriyanın şimalında olan qüvvələrinin yerinə yerləşdirmək və İraq Şam İslam Dövləti (İŞİD) ilə mübarizənin sona çatmasından sonra ölkənin şimal-şərqinin yenidən sabitliyə qovuşmasına köməkçi olmaq üçün ərəblərdən ibarət olan hərbi birləşmə yaratmağı planlaşdırdığını yazıb.

Qəzetin ABŞ səlahiyyətli şəxslərinə istinadən verdiyi xəbərində prezident Donald Trampın qısa bir müddət əvvəl təyin etdiyi Milli təhlükəsizlik üzrə yein məsləhətçisi Con Boltonun Misirin kəşfiyyat şefi vəzifəsini icra edən Abbas Kamillə keçirdiyi görüşdə Misirin Suriyada ərəb qüvvələri yaradılması səylərinə verəcəyi töhfənin müzakirə edildiyi bildirilib.

Bununla yanaşı, ABŞ rəhbərliyinin Suriyanın şimalında ərəb ordusunun yenidən qurulması işləri çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrdən maliyyə tələb etdiyini və eyni zamanda ərəb ölkələrindən hərbi qüvvə göndərmələrini xahiş etməyə hazırlaşdığı yazılıb.

Xatırladaq ki, bu ayın əvvəlində prezident D.Tramp ABŞ-ın Suriyada yerləşən təxminən 2 min əsgərinin geriçəkilmə prosesinin sürətləndirilməsi lazım olduğunu açıqlamışdı. Ancaq ABŞ rəhbərliyi daxilindəki bir çox şəxs hərbi qüvvənin geri çəkilməsinin Suriyadakı Rusiya və İran təsirini artıracağından narahatlıq bildirib.
WSJ-ə bəzi hərbi səlahiyyətlilərin verdiyi açıqlamalarda İŞİD-in Suriyada tamamilə məğlub edilməsinin asan bir proses olmadığını və bu bölgəyə ABŞ əsgərlərinin yerinə bir ərəb qüvvələrinin yerləşdirilməsinin önünə bəzi maneələrin çıxarılacağı deyilir.
Bu çətinliklərin başında Səudiyyə Ərəbistanı və BƏƏ-nin hazırda Yəməndə hərbi əməliyyat təşkil etmələri, Misir başda olmaqla bəzi ərəb ölkələrinin Suriyanın indiki prezidenti Bəşər Əsədin nəzarəti altında olmayan bir bölgəni müdafiə üçün qüvvə göndərilməsi məsələsində tərəddüdü dayanır.
Belə ki, Qətərlə digər ərəb ölkələrinin münasibətlərinin kəskin olması, həmin ərazidə Türkiyənin hərbi qüvvələrinin mövcudluğunun bəzi ərəb ölkələrini çəkindirməsi kimi məsələlər dayanır. Yəni son nəticədə burada mövcud hakimiyyət başda olmaqla bu dəfə ərəb hərbi qüvvələrinin bir-biri ilə, hətta Türkiyə ilə toqquşması ehtimalı da gündəmə çıxa bilər.
http://www.bbc.com/turkce/haberler-dunya-43793866

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …