Baş səhifə / Cəmiyyət / Sabah Abşeronun bir neçə yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Abşeronun bir neçə yaşayış məntəqəsində qaz olmayacaq

0

“Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 27-28-ci km-lər arası dayaqlar üzərinə qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan işlər yekunlaşdırılanadək diametri 530 mm-lik “Qaradağ-Sumqayıt” magistral qaz kəmərindən qidalanan “Qobu”, “Müşviqabad”, “Pirəkeşkül”, “Ceyranbatan” Qaz Paylayıcı Stansiyalarından və “Aşağı Güzdək” Qaz Tənzimləyici Məntəqəsindən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Pirəkeşkül, Aşağı Güzdək yaşayış sahələrində və Ceyranbatan və Saray qəsəbələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir

Bunu da oxu:

Abid Şərifov: “Bu məlumatı yayanlara Allah insaf versin”

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. Oxu.Az xəbər verir …