Baş səhifə / Dünya / Narkotik alverçisi Bitcoin ilə milyonçu oldu

Narkotik alverçisi Bitcoin ilə milyonçu oldu

0

Kriptovalyutalar çoxları tərəfindən “qeyri-qanuni məqsədlər üçün istifadə edildiyi” üçün günahlandırılır.

Demokratiya Müdafiə Cəmiyyəti bu yaxınlarda bir araşdırma aparıb. Araşdırmanın nəticələri maraqlıdır. Nəticələrə görə, Bitcoin-in 1%-dən də azı qanunsuz məqsədlər üçün istifadə olunur.

Düşünüldüyü qədər qeyri-qanuni deyil

28 yaşlı Bitcoin tərəfdarı Aaron Şamo 2017-ci ildə Bitcoin-in yaşadığı yüksəliş nəticəsində milyonçu olub. Onun əlində Bitcoin çox idi, çünki Bitcoin satırdı. Onun satdığı narkotiklər 28 nəfərin ağır xəstlənəməsinə səbəb olmuşdu.

Şamo ödəniş vasitəsi kimi Bitcoin-dən istifadə edirdi. Hətta müştərilərinə yolladığı elektron poçtlardan biri belədir:

“Bundan sonra ödənişləri təkcə Bitcoin ilə alacağıq. Bütün məhsulları 10 qat daha ucuz ala bilərsiniz. Əlavə limit olmadan istədiyiniz qədər sifariş verə bilərsiniz”.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalar zamanı fentanil ticarəti ilə məşğul olan 6 sayt aşkarlayıblar və bunların hamısı ödənişləri Bitcoin ilə alırmış. Baş Prokuror Ceff Sessions saytdakı Bitcoin istifadəsinin “böyük bir problem” olduğunu söyləyib.

Bir sıra kriptovalyuta tərəfdarı Bitcoin-in təhlükəli olmasını qəbul etmir. Rəqəmsal Ticarət Palatasının prezidenti Perianne Borinq mövzuyla bağlı bunları deyib:

“Bu cür böhranlar üçün Bitcoin-i günahlandırmaq çox məntiqsizdir”.

Çoxları Bitcoin almaq üçün nağd pullardan istifadə edir. Bitcoin almaq üçün istifadə edilən birjaların əksəriyyəti istifadəçilərdən şəxsiyyəti təsdiq edən sənədlərini istəyir.

Demokratiya Müdafiə Cəmiyyətindən sözügedən proseslərlə bağlı aşağıdakılar bildirilib:

“Qanuni kriptovalyuta istifadəsinin artması üçün daha çox məxfiliyə ehtiyac ola bilər, ancaq bu çox da effektli deyil”.

“Elliptic”-in baş meneceri Tom Robinson birlik tərəfindən yayımlanan hesabatın Bitcoin blockchain-in şəffaflığını hüquq-mühafizə orqanları tərəfindən kiber cinayətkarları ələ keçirmək, maliyyə qurumları tərəfindən isə çirkli pulların çirkli pulların mumi maliyyə sisteminə daxil olmasının qarşısını almaq üçün istifadə edilə bilən analitik üsullar təqdim etdiyini bildirib.

Bitcoin-in ortaya çıxması ilə cinayət yaranmadı. Narkotik satışı əvvəllər də vardı. Cinayətkarların Bitcoin-dən istifadə etməsi onu qanunsuz etmir.(Kripto.az)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …