Baş səhifə / Dünya / Ermənistan müxalifətindən ciddi addım — “Məxməri inqilab” komitəsi yaradıldı

Ermənistan müxalifətindən ciddi addım — “Məxməri inqilab” komitəsi yaradıldı

10

“Ölkə.Az” xəbər verir ki, bu barədə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının rəhbəri, müxalif deputat Nikol Paşinyan bildirib.

“Biz bu hərəkata rəhbərlik edəcək və onu qələbə ilə başa çatdıracaq “məxməri inqilab” komitəsinin yaradıldığını bəyan edirik. Bütün bölgələrdə dövlət qurumlarının blokadası üçün inqilab komitələri yaradılacaq və tezliklə bu qurumlar, o cümlədən polis inqilabi komitələrin əmrlərini yerinə yetirəcək”, – deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, aprelin 18-də ölkənin regionlarında dövlət əhəmiyyətli binaların blokadası planlaşdırılır və onun tərəfdarları İrəvan küçələrində hökumət rəsmiləri üçün keçid məntəqələri yaratmaq niyyətindədirlər.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyaları aprelin 13-dən başlayıb.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …