Baş səhifə / Cəmiyyət / Məcburi köçkünün şikayətinə baxıldı və müavinət təyin edildi

Məcburi köçkünün şikayətinə baxıldı və müavinət təyin edildi

3

“Füzuli rayon sakini olan Aylin Muradova anasının himayəsində vahid aylıq müavinət alacaq”

“Bizim Yol”a müraciət edən Füzuli rayon sakini Tahir Muradov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli şöbəsindən şikayətçidi.

“Mən, Muradov Tahir Sabir oğlu 2015-ci ildə keçmiş həyat yoldaşımdan məhkəmə qaydasında ayrılmışam. Ayrıldıqdan sonra qızım doğulub”,-deyə müraciətində Tahir Muradov bildirib.

O yazıb ki, sənəddə övladı Muradova Aylin Tahir qızı olaraq qeyd olunub “Hazırda da övladım anası ilə birlikdə ana babasının evində yaşayır. Bu yaxınlarda isə Füzuli rayon Yuxarı Seyidəhmədli kənd icra nümayəndəsi Nizami İbrahimov dedi ki, qızım ata babası Sabir Muradovun təsərrüfatına qeyd olunub. Bunun necə baş verdiyini soruşanda “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi belə yazıb” dedi. Bu qanunsuzdur, xahiş edirəm bunu araşdırın”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərdiyimiz informasiya sorğusuna verilən cavabda qeyd olunub ki, Komitə Füzuli rayon İcra Hakimiyyəti ilə birlikdə Muradov Tahir Sabir oğlunun müraciətini araşdırıb: “Bildiririk ki, Nazirlər Kabinetinin 2017-ci il 14 yanavr tarixli 11 nömrəli qərarının 4-cü bəndinə əsasən, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinət əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən tərtib və təsdiq edilmiş siyahılar əsasında ödənilir”.

T.Muradovun müraciəti ilə Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Əliyevin imzası ilə göndərilən sənəddə bildirilib ki, Füzuli rayon sakini Muradov Sabir Alı oğlu və ailə üzvlərinin adı evlər siyahısında gəlib: “Onun nəvəsi Muradova Aylin Tahir qızının adı da həmin siyahıda babasının təsərrüfatında qeyd edilmişdir. Aylin Muradova anasının himayəsində yaşayır. Valideynləri məhkəmə qərarı ilə boşanmışdır. Muradov Sabir Alı oğlu və arvadı vahid aylıq müavinət siyahısından çıxarılacaq, lakin Aylin Muradova anasının himayəsində vahid aylıq müavinət alacaq”.

Ramid İbrahimov

Bunu da oxu:

Abid Şərifov: “Bu məlumatı yayanlara Allah insaf versin”

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. Oxu.Az xəbər verir …