Baş səhifə / Dünya / Uşaq liftin qapısında iki barmağını itirdi – Valideynlər üçün ibrətamiz hadisə

Uşaq liftin qapısında iki barmağını itirdi – Valideynlər üçün ibrətamiz hadisə

0

Anası ilə liftə minən 4 yaşlı Fəcir Hallufun əli liftin arasında qalınca körpə və anası dəhşətli anlar yaşayıb. İstanbulun Pəndik rayonunda axşam vaxtlarında baş verən hadisədə kiçik uşağın əli liftin daxili qapısının arasında qalıb.

CNNTürk xəbər verir ki, Fövqəladə hallar idarəsinin əməkdaşlarının xilasediciləri onun əlini qapının arasından çıxarsalar da, kiçik qızın iki barmağı qopub.

Verilən xəbərə görə, İstanbulun Pəndik rayonundakı Qaynarca qsəbəsinin Fevzi Çakmak məhəlləsində saat 21:00-da baş verən hadisədə Suriyadan qaçqın düşən 4 yaşlı Fəcir Halluf anası Noval Halluf ilə birlikdə binanın 6-cı mərtəbəsində yerləşən yaşadıqları mənzilə çıxmaq üçün liftə miniblər. Lakin yuxarı qalxdıqda, liftin daxili qapısı birdən-birə bağlanıb və kiçik qızın əli onun arasında qalıb. Deyilənə görə, lift xarab olduğu üçün daxili qapı gah bağlanır, gah da bağlanmırmış.

Lift 6-cı mərtəbədə dayananda anası yaxınlarına məlumat verib. Yaxınları vasitəsilə hadisədən xəbər tutan polis, xilasetmə qrupları və təcili yardım dəstələri hadisə yerinə göndərilib. Xilasedicilərin köməyi ilə qapı açılıb və kiçik qızın əli xilas edilib. Lakin iki barmağı qopan kiçik qız təcili yardımla Marmara Tədris və Araşdırma Xəstəxanasına aparılıb. Kiçik qızın xəstəxanada müalicəsi davam edir. Polis hadisə ilə əlaqədar istintaq işlərinə başlayıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …