Baş səhifə / Dünya / Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi – Etimadsızlıq qərarı
Qırğızıstan Respublikasının prezidenti Sooronbay Jeenbekov

Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi – Etimadsızlıq qərarı

30

Qırğızıstan Respublikasının prezidenti Sooronbay Jeenbekov Baş nazir Səfər İsakovun rəhbərlik etdiyi hökumətin istefası barədə fərman imzalayıb. Dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, bu cümə axşamı Joğorku Genəşin (parlamentin) hökumətə etimadsızlıq göstərməsi ilə əlaqədar olaraq Prezident Qırğızıstan Respublikasının Konstitusiyasının 85-ci maddəsinin 6-cı hissəsini və “Qırğız Respublikasının Hökuməti haqqında” Qırğızıstan Respublikası Konstitusiya Qanununun 13-cü maddəsinin 1-ci hissəsinin 5-ci bəndini rəhbər tutaraq Qırğızıstan Respublikasının hökumətini istefaya göndərib.

“İnterfaks” İA-nın verdiyi məlumata görə, fərmana əsasən, Baş nazir S.İsakov və hökumət üzvləri yeni hökumət formalaşana qədər vəzifələrinin icrasını yerinə yetirməyə davam edəcəklər.

Bundan əvvəl, elə aprelin 19-da Qırğızıstan Parlamenti səs çoxluğu ilə S. İsakovun hğkumətinə etimadsızlıq bildirmişdi. Prosedur iki müxalifət parlament fraksiyasının – “Ata-Jurt Respublikası” və “Ata-Məkan”ın etimadsızlıq göstərilməsi məsələsində birgə fəaliyyəti ilə baş tutub.

“İlk dəfədir ki, Qırğızıstan parlamenti hökumətə etimadsızlıq göstərir, bunun səbəbi isə nazirlər kabinetinin dəfələrlə, xüsusilə əhəmiyyətli bir sıra layihələrin həyata keçirilməsində uğursuz addımlar atmasıdır” , – deyə parlamentdəki “Onuquu – Tərəqqi” müxalifət fraksiyasının nümayəndəsi İshaq Masaliyev cümə axşamı “İnterfaks” agentliyinə bildirib.

Xatırladaq ki, ötən çərşənbə axşamı günü parlament müxalifəti Qırğızıstan hökumətinin illik hesabatını qeyri-qənaətbəxş hesab edib. 52 millət vəkili olan müxalifət fraksiyasını təmsil edən yalnız iki nümayəndə hökumətin hesabatının qeyri-qənaətbəxş hesab edilməsinə qarşı çıxıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …