Baş səhifə / Hava proqnozu / 20 aprel tarixinə hava məlumatı: Yağış, duman…

20 aprel tarixinə hava məlumatı: Yağış, duman…

4

Aprelin 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bildirilir ki, mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Bunu da oxu:

Ulduz falı: 21 aprel, 2018

Qoç Diqqətli olun. Bu gün səhər tezdən tələsmək və riskə getməkdən daha pis heç nə …