Baş səhifə / Dünya / Nadir tayfanın orijinal dəfn adəti (5 foto + video)

Nadir tayfanın orijinal dəfn adəti (5 foto + video)

16

İnanırlar ki, cəsəddən damcılayan maye uğur gətirəcək…

Filippinlərin ən böyük və əhalisi ən sıx olan Luzon adasındakı Kordillera dağlarının ucqar bir yerində Saqada kəndində yaşayan İqorot tayfası 2000 illik bir ənənəni qoruyub-saxlayır. Manila şəhərindən 8,5 saat uzaqlıqdakı bu kənddə köhnə ənənə hələ də yaşayır. Burada yaşlılar öz tabutlarını hazırlayır və tabutları dəfn edilmək əvəzinə uçurumdan asdırırlar.

İqorot tayfasının 2000 ildir davam edən ənənəsinə görə, ölü əllə oymaq yolu ilə hazırlanan tabutlara qoyulur və uçurumun kənarından asılır. İqorotlar bu şəkildə ölülərin atalarının ruhuna daha da yaxınlaşdıqlarını düşünürlər.

Yaşlılar ətrafdakı ağac kötüklərini oyaraq və adlarını kənarına yazaraq öz tabutlarını hazırlayırlar. Ölülər tabuta qoyulmazdan əvvəl taxta “ölü kreslosu”nda üzərləri yarpaqlar və adyalla örtülərək, tüstüyə verilərək çürümələri gecikdirilir. Yəni qohumları bir neçə gün cənazəni ziyarət edirlər.

Deyilənə görə, əvvəllər tabutlar daha kiçik olurmuş və insanı ananın bətnində olduğu kimi yerləşdirmək üçün sümükləri qırılırmış. Çünki İqorotlar insanların bu dünyaya gəldikləri şəkildə tabutda saxlanmalarına inanırdılar. Amma bu gün tabutlar 2 metr uzunluğunda düzəldilir.

Hind qamışı yarpaqları ilə örtülmüş cəsədlər tabuta qoyulmazdan əvvəl, tabutların dayanması üçün uçurumun dik tərəfinə metal çubuqlar vururlar. Tabut asıdlıqdan sonra ölənlərin qohumları cəsəddən ayrılan ölü suyunun bədənlərinə düşməsi üçün tabtun altında gözləyirlər və bu mayenin onlara uğur gətirəcəklərinə inanırlar.

Uçurum divarında tabutların qorunması ənənəsi Çin və Hindistanın bəzi yerlərində də çox yayılıb. Filippinlərdə isə yalnız İqorotların cənazəsi mərasimi bu şəkildə keçirilir.

Ən maraqlısı da odur ki, ən azından gigiyenik baxımdan tükürpərdici olan bu ənənənin şahidi olmaq, həmin tabutları görmək üçün kəndə son dövrlərdə turistlər daha çox gəlir. Kəndlilər, dolayısı ilə, bu ənənə vasitəsilə mühüm dolanışıq mənbəyi əldə etmişlər.

 

Turistlərə bələdçilik edən kəndli qadın Banqyay, indi Saqada kəndində daha az uçurum qəbiristanlığı olduğunu deyir, ancaq bu ənənənin davam edəcəyinə inanır. Banqyay özünün də ölümdən sonrakı həyata bu şəkildə köçmək və “turist bələdçilyindən turistin ziyarət etdiyi obyektə çevrilmək” istədiyini bildirib. (Bizimyolinfo.com)

Bunu da oxu:

Azərbaycanlı stronqman: 300 kiloluq təkərləri bir dəfəyə qaldırır – video

Azərbaycanda yeni idman federasiyasının əsası qoyulub. Stronqman əsasən Avropa və ABŞ-da böyük populyarlıq qazanıb. Bir …