Baş səhifə / Dünya / 40 il əvvəl itkin düşən şəxs “Youtube” videosunda tapıldı (Video)

40 il əvvəl itkin düşən şəxs “Youtube” videosunda tapıldı (Video)

2

Bəzən şans bir insanın taleyini kökündən dəyişir. Belə ki, sosial şəbəkələrdə yerləşdirilən bir video sayəsində ailəsini uzun müddət itirmiş şəxs tapılıb.

Bu xoşbəxtliyin səbəbkarı Hindistandan olan fotoqraf Firuz Şakirdir. Firuz eyni zamanda sənədli film çəkilişləri ilə məşğul olur. Adi iş günlərinin birində Mumbayın yoxsul rayonlarından birində o, Qambir Sinqx adlı yaşlı adamla tanış olub. Kasıb kişiyə yemək alan fotoqraf onunla çəkiliş aparmaq qərarına gəlir. F.Şakir daha sonra Q.Sinqxin mahnılarını səsləndirdiyi videoları “Youtube”da yerləşdirib.

Videonu gördükdən sonra Manipur sakinləri olan yaxın qohumları nisbətən yaşlı, amma sağ olan qardaşlarını tanıyıb. Məlum olub ki, atasının ölümündən sonra Q.Sinqx orduda xidmət edib, hərbi xidmətdən evə qayıtdıqdan sonra onunla qardaşları arasında anlaşılmazlıq olub və birdən-birə o yoxa çıxıb. 40 ildir ki, qohumları onun taleyi haqqında heç nə bilməyiblər.

“Mən onun görüntülərini izələyndən sonra saatlarla ağlamaqdan özümü saxlaya bilmədim. Elə gərginlik keçirdim ki, nə yedim, nə də içdim. Onun sağ olduğunu bilmək isə mənim üçün böyük xoşbəxtlikdir. Bu, kabusdan ayılmış kimi bir duyğudur”,– bunu Qambir Sinqxin kiçik qardaşı Kulaçandr deyib.

Ailəsi videodakı kişini tapmaq üçün dərhal Mumbay polisi ilə əlaqə yaradıb. Beləliklə, 65 yaşlı əsgər evə qayıdıb. Onun alkoqollu içkilərə aludəçiliyi var, lakin bu problem ailə sevincinə kölgə sala bilməz. Onlar birlikdə bütün problemlərin öhdəsindən gəlməyi fikirləşirlər. (Bizimyolinfo.com)

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …