Baş səhifə / Dünya / Erməni biznesmen Moskvada həbs olundu

Erməni biznesmen Moskvada həbs olundu

0

Mixail Zadornov onu “oğru” adlandırıb

“TASS” informasiya agentliyinin yaydığı infromasiyaya görə, “Rosqosstrax” biznes qrupunun sabiq vitse-prezidenti, erməni əsilli Sergey Xaçaturov dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək həbs olunub. Xatırladaq ki, “Rosqosstrax”ın vitse-prezidenti olmuş Sergey Xaçaturov “Rosqosstrax”ın keçmiş sahibi Danil Xaçaturovun kiçik qardaşıdır.

Aprelin 18-də saxlanılan kütləvi miqdarda mənimsəmədə ittiham olunan S.Xaçaturov haqqında Moskvanın Lefortovo Məhkəməsi tərəfindən aprelin 19-da istintaqın tələbi ilə həbs qətiimkan tədbiri seçilib.

Bununla yanaşı, RF Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən şirkətin fəaliyyəti ilə bağlı Moskvanın Kadaşevskaya sahlində yerləşən “Rosqosstrax Jizn” şirkətinin mərkəzi ofisində istintaq fəaliyyəti aparılır.

Xatırladaq ki, 2017-ci ilə qədər “Rosqosstrax Jizn” şirkəti “Rosqosstrax”la eyni qrupda daxil edilib, lakin sonra iflasa uğrayan “Rosqosstrax” FK “Otkrıtie” bankın nəzarəti altına keçib. Nisbətən gəlirli “Rosqosstrax Jizn” isə Sergey Xaçaturovun böyük qardaşı “Rosqosstrax”ın əsas təsisçisi və keçmiş prezidenti Danil Xaçaturovun nəzarəti altında qalıb.

2017-ci ilin sonunda “Otkrıtie” bankını yeni rəhbəri və “Rosqosstrax” Direktorlar Şurasının sədri Mixail Zadornov ictimaiyyətə məlumat verib ki, “Rosqosstrax”da başdan-ayağa qədər oğurluq hökm sürüb”. Nəhayət, 2018-ci ilin aprelində “Rosqosstrax” əvvəlki idarəedici və mülkiyyətçiləri şirkətin akitvlərini kənara çıxarmaqda ittiham edib və şirkətin keçmiş hüquqi şəxsləri və onların menecerlərinə qarşı mülki iddialarla məhkəməyə şikayətlə müraciət edib.

Böyük qardaş D. Xaçaturovun vəkili Aleksey Melnikovun sözlərinə görə, Sergey Xaçaturovun həbsi sahibkarlıq fəaliyyəti çərçivəsində sahibkarın qanun pozuntusu şübhəsi ilə həbsini qadağan edən Rusiya Federasiyası Cinayət Prosessual Məcəlləsinin müvafiq maddəsinin pozulmasıdır.

S. Xaçaturovun böyük qardaşı 2017-ci ilin yayına qədər “Rosqosstrax”ın sahibi olan Danil Xaçaturov isə ona qarşı heç bir həbs tədbiri keçirilmədiyini və Moskvadakı ofisində oturduğunu deyib. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …