Baş səhifə / Dünya / Məşhəddə gənclərin rəqsi məmurun həbs edilməsinə səbəb oldu

Məşhəddə gənclərin rəqsi məmurun həbs edilməsinə səbəb oldu

3

İranda hakimiyyət orqanları qoyulmuş qadağalara nəzarət etməli olan təmsilçilərin səhvlərini bağışlamır. Belə ki, bu günlərdə ölkənin Məşhəd şəhərində ictimai yerlərdə rəqsə görə yüksək vəzifəli məmur həbs olunub.

Bu barədə İsrailin “Times of Israel” qəzeti məlumat verib. Məlumata görə, Məşhəd şəhərinin Mədəniyyət Departamentinə rəhbərlik edən məmurun həbsinə səbəb gənc oğlan və qızların ictimai yerlərdə rəqs etdiyinin yer aldığı görüntünün internetdə yayılması olub.

Qeyd edək ki, video tez bir zamanda internetdə məşhurlaşıb. Şiələrin müqəddəs şəhəri Məşhəddə baş verməsi tezliklə müəyyənləşdirilib və bu barədə polisə xəbər veriblər. Mədəniyyət Departamentinə rəhbərlik edən məmur qanunun pozulmasında ittiham olunub, çünki ölkədə ictimai yerlərdə rəqslər qəti qadağan edilib.

Xatırladaq ki, video ötən çərşənbə axşamı günü şəhərin ticarət-əyləncə mərkəzlərindən birində çəkilib. Adı açıqlanmayan məmurun həbsinə səbəb olan videoda əxlaqa zidd heç bir epizod yoxdur, sadəcə musiqi sənətkarlarının ifası altında gənclərin rəqs etdiyi müşahidə edilir.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …