Baş səhifə / Dünya / ABŞ prezidentinin yeni müşaviri Rusiya ilə bağlı şərtləri açıqlayıb

ABŞ prezidentinin yeni müşaviri Rusiya ilə bağlı şərtləri açıqlayıb

3

Rusiya səfiri ilə görüşən C.Bolton bir sıra məsələləri sadalayıb

Dünən gecə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovla görüşüb.

ABŞ prezidentinin Milli Maraqlar Mərkəzinin rəhbəri Paul Saunders görüş haqqında məlumat verərkən deyib ki, əsasən ABŞ-ın Suriyaya hərbi hücumu və Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparılırb: “Yeni müşavirin rusiyalı diplomatla ilk görüşündə ABŞ və Rusiya arasında münasibətlərin vəziyyəti müzakirə olunub. Müşavir C.Bolton münasibətlərin yaxşılaşmasının həm ABŞ, həm də Rusiyanın maraqlarına uyğun olduğunu təkrarlayıb”.

“RİA Novosti”nin məlumatına görə, C. Bolton münasibətlərin yaxşılaşması üçün əvvəlcə inamı bərpa etmək və bir sıra məsələləri müzakirə etmək lazım olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələlərə ABŞ-da keçirilən seçkilərə Rusiyanın “müdaxiləsi”, Böyük Britaniyadakı zəhərlənmə hadisəsi, Ukrayna və Suriyadakı vəziyyət də daxildir.

Buna qədər 19 aprel tarixində ABŞ lideri Donald Tramp ölkəsindəki dövlət başçılarından hələ heç kimin onun qədər Rusiyaya qarşı daha sərt davranmadığını söyləyib. O qeyd edib ki, Vaşinqton Moskvanın həqiqətən ona layiq olduğunu müəyyən edən kimi, ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək.

Onu da xatırladaq ki, ABŞ rəsmiləri dəfələrlə Rusiyanı prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıblar. D.Trump və onun ətrafı bütün ittihamları qətiliklə inkar edirlər. Moskva isə yetərincə sübut olmadığı və əsassız olduğuna işarə edərək müdaxiləni təkzib edir. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …