Baş səhifə / Dünya / Erməni vitse-spiker ruslara sataşdı: “Ermənistan Novqorod respublikası deyil”

Erməni vitse-spiker ruslara sataşdı: “Ermənistan Novqorod respublikası deyil”

8

Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın hakim Respublika Partiyasının icra orqanının üzvü Eduard Şarmazanov hakim partiyanın Ermənistan müxalifətinin fəaliyyətinə münasibətini təqdim edib. Bu açıqlama zamanı özünün çox oxumuş və çoxbilmiş olduğunu göstərmək istəyən vitse-spiker açıq şəkildə Rusiyanın demokratiya tarixinə atmaca atıb.

Əvvəlcə geniş demokratiyadan dəm vuran E. Şarmazanov müxalifətin eitraz aksiyalarına münasibət bildirib: “Hakimiyyət, təmkin və dözümlülük göstərir. Biz vətəndaşların yürüş, mitinq və azad iradə hüququna hörmətlə yanaşırıq. Bu Konstitusiyanın normasıdır. Eyni zamanda biz yürüş və mitinq təşkilatçıları onların qanuniliyinə daha çox diqqət yetirməlidir ki, onların iştirakçıları qanunsuz hərəkətlər etməsinlər. Təəssüf ki, belə hallar olub”. Eyni zamanda jurnalistlərə və ya bir başqasına qarşı hər hansı qarşı maneə və şiddəti qınadıqlarını bildirən E.Şarmazanov ermənilər düşmən axtarmağa yox, qardaşlığa çağırıb.

Bütün tərəfləri qanunun aliliyinə riayət etməyə və təmkinli olmağa səsləyən E. Şarmazanov müxalifəti də konstruktiv dialoq üçün parlamentə dəvət edib. Bu çağırış zamanı yəhudi peyğəmbərdən sitat gətirən vitse-spiker himayədarları olan rusların demokratiya tarixinə eyham vuraraq Rusiyaya sataşmaqdan da çəkinməyib: “Müdrik Süleymanın dediyi kimi, bu da keçəcək. Bizim hamımızın bir vətəni var və biz hamını dinləməyə hazırıq. Ermənistan Novqorod respublikası deyil ki, kim haqlıdırsa, o hamıdan yüksək səslə qışqırsın. Parlamentə qayıtmaq vaxtıdır”.

Xatırladaq ki, son dövrlər guya Avropaya inteqrasiya yolunu tutmaqla özlərini demokrat göstərmək istəyən və bunun davamı kimi Rusiyaya kəm baxan Ermənistan hakimiyyəti nümayəndələrinin belə səhvlərini ruslar da cavabsız qoymayacaqlar.

Qeyd edək ki, aprelin 13-dən etiraz aksiyalarına başlayan Ermənistan müxalifəti N.Paşinyanın rəhbərliyi ilə “məxməri inqilab” elan edib. Serj Sarkisyanın baş nazir postundan getməsini tələb edən müxalifət hökumət və parlament binası da başda olmaqla İrəvandakı dövlət idarələri və nazirliklərin binalarını mühasirəyə almaqda davam edir. Axşam Fransa meydanına qayıdan etirazçılar səhər yenidən küçələrə axışırlar. Artıq polislə toqquşmada iştirak edən 120-dən çox adam saxlanılıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …