Baş səhifə / Foto / Dünyanın ən sirli və ecazkar 10 gölü (Fotolar)

Dünyanın ən sirli və ecazkar 10 gölü (Fotolar)

26

Dənizdən sonra göllər bəşəriyyət üçün dünyanın ən gərəkli, bəzən də ən müqəddəs su ehtiyatı hesab edilir. Lakina Yer kürəsində insanların təsəvvürünün fövqündə dayanan mənzərələrə malik qəribə göllər də var. Dünyada mövcud olan ən maraqlı göllərə diqqət yetirək.

Böyük Prizmatik İstisu, ABŞ

İngilis variantında “Big Prismatic Hot Spring” adlanan bu göl ABŞ-da Yellostoun Milli Parkının ən böyük istisu mənbəyidir. 90 metr diametri olan gölün dərinliyi 50 metrdir. Göldəki mineralların həddindən artıq çox olması və müxtəlif hissələrində yaşayan müxtəlif bakteriyalar onun daha da rəngarəngliyini təmin edir. Mərkəzdəki parlaq mavi sahənin temperaturu 87 dərəcəyə qədər qalxır.

Xallı göl, Kanada

Sulfat başda olmaqla, bir çox minerallarla zəngin olan bu göldə gümüş və titana da rast gəlmək mümkündür. Halqa şəklində olan sahələr yayda gölün suyu buxarlandığı zaman ortaya çıxır. Yerli əhali bu gölü müqəddəs hesab edir. Birinci Dünya müharibəsi zamanı bu göldəki minerallardan partlayıcı maddələr hazırlamaq üçün istifadə edilib.

Retba gölü, Seneqal

Çəhrayı rəngə çalan göldə duz çox olduğu üçün suyun üzərində qalmaq çox asandır. Seneqalın Atlantik okeanı sahilinə yaxın olan bu göldə duzun çox olmasına görə, həmçinin oradan məişətdə istifadə etmək üçün duz çıxarılır. Gölə rəng verən isə duzlu mühitdə yetişən rəngli mikroyosunlardır.

“Kano Kristales” gölü, Kolumbiya

Sentyabr və noyabr ayları arasında bu gölün suyu rəngli olur. Müxtəlif su yosunları və mövsümi bitkilər gölə müxtəlif rənglər verir. Dağlıq bölgədəki bu göl ölkədəki partizan müharibəsi səbəbindən 2000-ci ilin ortalarına qədər turistlərin girişi üçün bağlı olub.

Qaynayan göl (“Walking Lake”), Dominikan Respublikası

Morne Trois Milli Parkının dağlıq bölgəsində yerləşən bu göl həqiqətən də qaynayır. Gölün qaynamasına səbəb dibindəki çatlardan sızan və maye lavlardan çıxan isti qazlardır.

“Salar de Uyuni” gölü, Boliviya

10 min kilometrdən çox ərazini əhatə edən bu sahə dünyanın ən böyük duz ovalığıdır. Yağışlı mövsümdə, ətrafdakı göllərdən axan sular ovalığı basdıqda, gözəl görüntü yaranır. Ərazi həm də litium elementi ilə zəngindir.

Pamukkalə, Türkiyə

Firuzəyi rəngli sularla dolu əhəng daşından olan bu terraslar bol mineral ehtiva edən istisuların axması nəticəsində meydana gəlib. Qədim Roma şəhəri Hiyeropolis yaxınlığında yerləşən bu sahə UNESCO-nun Ümumdünya İrsi siyahısındadır.

Loktak gölü, Hindistan

Bu göl böyük halqalar şəklində torpaq və bitkilərlə örtülüdür. Hind pitonları və hibbon kimi nəsli kəsilmək təhlükəsi ilə üzləşən bir çox heyvanlar üçün bir sığınacaq olan bu göl, həmçinin su-elektrik stansiyasına su verir.

Kelimutu krater gölləri, İndoneziya

Kelimutu vulkanının üstündə, hər biri ayrı bir rəngdə olan üç krater gölü var. Göllər mövsümünə görə mavi, yaşıl, qırmızı, qara, qəhvəyi və ağ rənglərdə ola bilər. Hər birinin temperaturu müxtəlif olan bu göllərin kimyəvi strukturları da fərqlidir.

Şampan gölü, Yeni Zelandiya

Bir stəkan şampan şərabı görüntüsündə olduğu kimi, bu göldən də mütəmadi olaraq karbon-dioksid qabarcıqları yuxarı doğru qalxır. 900 il bundan əvvəl yaranan bu istisunun səthində temperatur +74 dərəcəyə çatır. Silikat baxımından zəngin olan gölün kənarları portağal rənginə malikdir, arsenik və antimon kükürdünü özündə ehtiva edir. Ətrafındakı qayalarda civə, talium, qızıl və gümüş yataqları tapılıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …