Baş səhifə / Dünya / Qırğızıstanda baş nazir postuna prezident aparatının rəhbəri gətirilir

Qırğızıstanda baş nazir postuna prezident aparatının rəhbəri gətirilir

6

Yeni hökumətin isə tərkibində bizneslərin əksəriyyət təşkil edəcəyi güman edilir

Aprelin 20-də Qırğızıstan parlamentinin fövqəladə iclasında respublikanın yeni baş nazirinin seçkisi keçiriləcək, yeni kabinetin proqramı, strukturu və tərkibi müzakirə ediləcək.

Baş nazir postuna indiyə qədər yalnız prezident aparatının rəhbəri Məhəmmədqalıy Abulqazıyevin namizədliyi rəsmi olaraq irəli sürülüb. Parlamentdəki SDPK fraksiyası bir gün qabaq onun namizədliyini elan edib, koalisiyasının üzvləri isə M.Abulqazıyevi dəstəkləyib.

“Tazabek.kg” saytının məlumatına görə, adlarının hələ tam açıqlanmadığı yeni nazirlərin əksəriyyəti biznesmenlərdir. Parlament tərəfindən hələ təsdiq edilməmiş yeni kabinet üzvlərinin tikinti, kənd təsərrüfatı, emal sənayesi, əczaçılıq, ticarət sektorlarında və digər biznes sahələrində payları var. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …