Baş səhifə / Dünya / Türkiyə növbədənkənar prezident seçkisinə gedir – Parlamentdə qərar verdi

Türkiyə növbədənkənar prezident seçkisinə gedir – Parlamentdə qərar verdi

1

Türkiyənin Millətçi Hərəkat Partiyasını sədri Dövlət Baxçalının gündəmə gətirdiyi və Ərdoğan-Baxçalı görüşündən sonra Prezident R.T. Ərdoğanın növbədənkənar prezident və parlament seçkilərinin 24 iyun 2018-ci il tarixdə keçiriləcəyini elan etdikdən sonra hazırlanan təklif Baş nazir Binəli Yıldırım və MHP sədri Dövlət Baxçalının imzaları ilə TBBM-ə göndərilib. Aprelin 20-də parlamentin Konstitusiya Komissiyasında müzakirə edildikdən sonra iclasa çıxarılan növbədənkənar seçki təklifi səs çoxluğu ilə qəbul edilib.

TBMM-in xüsusi iclası parlamentin spikeri İsmayıl Qəhrəman tərəfindən açıq elan edilib. Cari məsələlərlə bağlı çıxışlardan sonra “552 nömrəli Millət vəkili ümumi seçkisinin yenilənməsi və seçkinin 24 iyun 2018-ci il tarixində keçirilməsi haqqında Təklif”in müzakirəsi başlayıb. Baş nazir Binali Yıldırım və MHP sədri Dövlət Baxçalı da iclasda iştirak edib. Habelə baş nazirin müavinləri Fikri İşıq, Bəkir Bozdağ və Rəcəb Akdağ da Nazirlər Kabinetinin üzvləri üçün ayrılan sıralarda əyləşiblər.

Baş nazir Binali Yıldırım çıxışında “Türkiyə Respublikasının son baş naziri olaraq sizə xitabetmə qürurunu yaşayıram”, – ifadəsini işlədib: “24 iyunda keçiriləcək bu seçki Türkiyənin 100-cü il hədəfləri baxımından son dərəcə əhəmiyyətlidir. Biz həmişə ölkəmizin və millətimizin maraqlarını nəzərə aldıq. Ölkəmizlə bağlı məkrli plan quranlar Prezidentin seçki tarixini açıqlaması ilə böyük bir məyusluq yaşadılar”.

MHP fraksiyasının sədr əvəzi Ərhan Usta “Növbədənkənar seçkinin Türkiyənin gələcəyi üçün perspektivli bir qərar olacağını” söyləyib.

CXP fraksiyasının sədr əvəzi Əngin Altay “Millətin düşdüyü gərgin vəziyyətin inşallah bu gün alacağımız qərarla 24 iyunda başa çatacağına inanıram”, – deyib.

Hakim AKP-nin parlament fraksiyasının sədri Bülənd Turan “2023-cü ildə keçiriləcək seçkilərdə qalib gələcəyik. Tarix bizi çağırır”, – deyib.

Daha sonra növbədənəkənar prezident və paralament seçkilərinin 24 iyun 2018-ci il tarxidə keçirilməsi təklifi səsə qoyulub. 386 millət vəkilinin lehinə səs verməsi ilə Türkiyə də növbədənkənar seçki prosesinə start verilib. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …