Baş səhifə / Dünya / Putindən Trampa əxlaqsız təklif: “Dünyanın ən gözəl fahişələri bizdədir”

Putindən Trampa əxlaqsız təklif: “Dünyanın ən gözəl fahişələri bizdədir”

2

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Ceyms Kominin yazdığı kitabdan sonra açıqlamalar verən ABŞ prezidenti Donald Tramp Mİ-nin sabiq rəhbəri və pensiyasına iki gün qalmış qovulan MKİ-nin direktor müavini Andryu Makabe haqqında fikir paylaşıb. Bu paylaşımlardan birində belə bir ifadə işlədib: “Putin “dünyanın ən gözəl fahişələri bizdədi”, – dedi”.

Qeyd edək ki, Konqresdə şahidlik və bir neçə “Twitter” mesajı xaricində ictimaiyyətə çox açqlama verməyən MKİ-nin sabiq rəhbəri Ceyms Komi “A Higher Loyalty: Truth, Lies & Leadership” (“Ali sədaqət: həqiqətlər, yalanlar və liderlik”) kitabında özünü vəzifədən çıxaran D.Tramp haqqında “etikasiz, reallıqla əlaqəsi olmayan biri və eqoist bir mafioz” sözlərini işlədib.

Prezident Donald Tramp isə Ceyms Kominin həbsə atılması lazım olduğunu müdafiə edərək, bunu gizli məlumatları açıqladığı və Konqresə yalan söylədiyi ilə əsaslandırıb.

Hazırda bütün dünyanı silkləyən isə kitabın bir hissəsində yer alan və C. Kominin D.Trampla görüşlərinə aid qeydlərdə fevral 2017-ci ildə Trampın Rusiya prezidenti Vladimir Putin arasında keçən söhbətin C. Komiyə ötürməsidir. Oradakı söhbətdə prezident D.Trampın Rusiyada “seks şənlyi”ndə iştirak etdiyi barədə iddialarını “axmaqlıq”, – deyə rədd edərək “Putin, mənə “Dünyanın ən gözəl fahişələri bizdədi”, – dedi” ifadələri yazılıb.

Prezident D.Trampın ondan sədaqət tələb etdiyini ifadə edən Komi Trampla şam yeməyinə toxunaraq: “Mənimlə yemək yeməsinin səbəbi, məndən sadiq qalmaq sözünü almaq üçün idi”, – dedi. Trampın ona “Sədaqət istəyirəm, sədaqətə ehtiyacım var”, – dediyini söyləyən C.Komi prezidentə “məndə dürüstlük görəcəksiniz”, – cavabı verib. C.Komi evə getdikdən sonra dərhal kompüterinə qeydlər yazdığını da əlavə edib. Amma D.Tramp C.Kominin ciddi iddialarından birini təkzib edib: “Mən heç bir zaman C.Komidən şəxsi loyallıq istəmirdim. Bu adamı az qala heç tanımıram. Bir çox yalanından biridir. O MKİ-nin ən pis rəhbəri olaraq tarixə keçəcək. Onu qovmaq mənim üçün böyük şərəf idi”. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …