Baş səhifə / Dünya / İŞİD-in başkəsəni ələ keçirildi

İŞİD-in başkəsəni ələ keçirildi

0

Türkiyənin Kocaeli (İzmit) vilayətində daxili qoşunların qüvvələri tərəfindən təşkil edilən əməliyyatda İŞİD terror təşkilatında təlimçi işləyən və əsir götürülmüş Azad Suriya Ordusu (ASO) üzvlərinin başlarını kəsən Fəhəd əl-Sacır həbs olunub.

Vilayətin daxili qoşunlar komandanlığı İŞİD terror təşkilatının başkəsəni Fəhəd əl-Sacırın Kocaelidə olduğunu təsbit edib. Daxili qoşunların əməkdaşları onun Başiskələ Yaşılyurt məhəlləsində mənzil-qərargah yaratdığını təyin edib. Daxili qoşunların əməkdaşları mənzil-qərargaha təşkil etdiyi əməliyyat nəicəsində Fəhəd əl-Sacır saxlanılıb. Fəhəd əl-Sacır Daxili Qoşunların vilayət şöbəsindəki ifadəsində əlində ASO əsgərinin kəsilmiş başı, ətrafında qaniçən İŞİD silahlılarının olduğu fotoşəklin ona məxsusluğu və İŞİD cəlladı olduğunu etiraf edib.

Fəhəd əl-Sacır ilkin istintaq zamanı bildirib ki, 2015–2017 illər arasında Suriya və İraqda İŞİD adından fəaliyyət göstərib, edamlara cavabdeh olub, təşkilata yeni qatılanlara təlim verib və qaçaq yollarla keçdiyi Şanlıurfa vilayətindən Kocaeliyə gəlib. Daxili qoşunlar şöbəsindəki ifadəsi alındıqdan sonra işi məhkəməyə göndərilən başkəsəni haqqında həbs qərarı çıxarılıb və həbsxanaya göndərilib. (Bizimyolinfo.com)

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …