Baş səhifə / Dünya / Hitlerin doğum gününə İsveçdən hədiyyə (Foto)

Hitlerin doğum gününə İsveçdən hədiyyə (Foto)

0

20 aprel tarixində İsveçin paytaxtı Stokholm şəhərinin Haddinq rayonunda nasist Almaniyasının, daha doğrusu Hitlerin partiyasının bayrağını, bələdiyyə binası da daxil olmaqla, üç rəsmi binada dalğalandırıldığı qeydə alınıb.

Haddinq rayonunun bələdiyyə sədri Daniel Dronjak İsveç dövlət televiziyası SVT-yə hadisə ilə əlaqədar açıqlama verib. Bələdiyyə binasına faşistlərin bayrağının asılmasını “çox kədərli” və “ürəkbulandırıcı” kimi qiymətləndirən D.Dronjak naməlum şəxslər tərəfindən asılan bayrağın səhər saatlarında təsbit olunduğunu və dərhal endirildiyini söyləyib.

D.Dronjak Haddinqdə “demokratiyanın qəlbinə sui-qəsd edildiyini” dilə gətirib. Stokholm Polis İdarəsi isə Stokholm şəhərində Haddinq bələdiyyəsindən əlavə olaraq daha 2 rayonda Hitlerin bayrağının dalğalandığını yazılı açıqlama ilə bildirib.

Bəyanatda Stokholm şəhərinin Tyersö və Sentralbron rayonlarındakı iki rəsmi binanın bayraq dirəklərinə də Hitler bayrağı qaldırıldığı, hadisələrlə əlaqədar istintaq işi açıldığı qeyd edilib.

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …