Baş səhifə / Hava proqnozu / 22 aprel tarixinə hava haqqında məlumat

22 aprel tarixinə hava haqqında məlumat

7

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 22-də arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Bunu da oxu:

20 aprel tarixinə hava məlumatı: Yağış, duman…

Aprelin 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə qısamüddətli …