Baş səhifə / Dünya / Həbsxanadan qaçıb 50 il sonra məktub yazdı: “Televiziyada elan edin ki…” (Fotolar)

Həbsxanadan qaçıb 50 il sonra məktub yazdı: “Televiziyada elan edin ki…” (Fotolar)

15

ABŞ-ın çox güclü mühafizə olunan Alkatraz həbsxanasından 36 nəfər məhbus qaçmaq istəyib. Amma plan heç cür baş tutmayıb. 1962-ci ildə isə Con və Klarens Enqlin qardaşları və onların həbsxana yoldaşı Frenk Morris bir neçə ay ərzində hazırladıqları qaçış planını həyata keçiriblər. Onlar divarı deşərək havalandırma sisteminin borusuna daxil olaraq oradan qaçmağa müvəffəq olublar. Hadisədən yarım əsr vaxt keçsə də, onları tapmaq mümkün olmadığından cinayət işinə xitam verilir.

Nəhayət, 2018-ci ildə mətbuata sızan xəbərlərdən sonra ABŞ-ın Federal Təhqiqatlar Bürosu etiraf edib ki, həqiqətən də həbsdən qaçanlardan biri – Con Enqlin 2013-cü ildə təhlükəsizlik xidmətinə məktub yazıb: “Mənim adım Con Enqlindir. 1962-ci ildə qardaşım Klarens və həbsxana yoldaşım Frenk Morris ilə həbsxanadan qaçmışdıq. İndi mənim 83 yaşım var və özümü çox pis hiss edirəm. Çünki xərçəng xəstəsiyəm. Əgər siz televiziya vasitəsi ilə elan edib desəniz ki, mənə bir ildən artıq iş verməyəcəksiniz, onda həbsxanaya qayıtmağa hazıram. Sizdən xahiş edirəm ki, mənə həbsxanada tibbi yardım da göstərilsin”.

Con Enqlin məktubunda yazır ki, onunla birlikdə qaçan qardaşı 2011-ci ildə, həbsxana yoldaşı Frenk Morris isə 2005-ci ildə dünyasını dəyişib. Məktubun ardınca düşən təhlükəsizlik xidməti onun ünvanına çatana qədər Con Enqlin xəstəlikdən dünyasını dəyişib.

Bu üç adam Alkatraz həbsxanasında qaçan yeganə şəxslərdir. Onların qaçdığı həmin dəlik isə indi muzey kimi saxlanılır. Hətta buranı turistlər də ziyarət edirlər. (Moderator.az)

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …