Baş səhifə / Gündəm / Prezident 2 naziri və 2 komitə sədrini işdən çıxardı

Prezident 2 naziri və 2 komitə sədrini işdən çıxardı

34

İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqləyib.

Dövlət başçısı bəzi yüksək vəzifəli məmurları vəzifədən azad edib.

Dövlət başçısı Sahil Babayevi əmək və əhalinin sosial müdafiəsi naziri təyin edib. O,bu postda Səlim Müslümovu əvəz edib.

“ASAN Xidmət”in rəisi İnam Kərimov kənd təsərüfatı naziri olub. İndiyədək bu vəzifəni Heydər Əsədov tuturdu.

Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbər təyin edilib. O, bu postda Əli Həsənovu əvəzləyib.

Samir Nuriyev isə Dövlöt Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilib. O, indiyədək Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri idi. (Azxeber.com)

Bunu da oxu:

İşdən çıxarılan komitə sədri yerinə gələn məmur haqqında danışdı

Bu gün ölkə Prezidneti İlham Əliyev hökumətin yeni üzvülərinin təyinatı ilə bağlı sərəncam imzalayıb və …