Baş səhifə / Dünya / Ermənistanda ara qarışdı: Səs bombaları atıldı

Ermənistanda ara qarışdı: Səs bombaları atıldı

4

Bu gün Yerevanda etirazçıların lideri Nikol Paşinyanla Serj Sarkisyan arasında nəticəsiz bitən görüşdən az sonra polislə etirazçılar arasında qarşıdurma baş verib.

Qaynarinfo-nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Yerevanın mərkəzi küçələrinin birində Paşinyanın da daxil olduğu etirazçıların yürüşünü polis dayandırmağa cəhd edib. Baş verən qarşıdurma nəticəsində polis çox saylı səs bombaları atıb. Çoxlu zərəçəkənin olduğu bildirilir, hadisə yerinə təcili yardım maşınları gəlib.

Qarşıdurma zamanı polis həmçinin Nikol Paşinyanı da həbs edərək, naməlum istiqamətdə aparıb.

Ötən gecədən isə etiraz yürüşlərinin bir çox təşkilatçıları da polis tərəfindən nəzarətə alınıb. Ümumiyyətlə, həbs olunanlarının sayının yüzlərlə olduğu bildirilir.

Qeyd edək ki, Ermənistan parlamentinin deputatı və müxalifət lideri olan Nikol Paşinyanın rəhbərliyi ilə 10 gündür ki, etiraz yürüşləri davam edir. Onlar Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir seçilməsinə etiraz edir və onun istefa verməsini tələb edirlər.

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …