Baş səhifə / Ulduz falı / Ulduz falı: 23 aprel, 2018

Ulduz falı: 23 aprel, 2018

10

Qoç

Günün başlanğıcı işgüzar görüşlər, iş məsələləri və gələcək planların müzakirəsi üçün uyğundur. Faydalı tanışlıqlar istisna edilmir. Bəzi Qoçlar əməkdaşlıq üçün təkliflər alacaq və onlardan imtina etmək istəyəcəklər. Gücünüzü həddindən artıq dəyərləndirməməyiniz vacibdir. Artıq siz qəti şəkildə üzərinizə çox şey götürmək məcburiyyətindəsiniz. Yəqin ki, bütün öhdəliklər vaxtında yerinə yetirilməyəcək. Günün ikinci yarısında ailə problemləri ön plana çıxacaq. Bu gün qohumlarla ünsiyyət üçün doğru vaxtdır. Bunun üçün sizin qayğınız və diqqətiniz, xüsusilə vacibdir. Plansız səfərlər mümkündür. Onlar uğurlu olacaq, sizə çox parlaq təəssüratlar bəxş edəcək.

Buğa

Sizə etibarlı köməkçilər və sadiq müttəfiqlər lazımdır, onsuz bu gün uğur qazanmaq çətin olacaq. Çətin tapşırıqları qəbul etməkdən çəkinməyin. Cavab tapmaq dərhal alınmasa da, bir az əzm nümayiş etdirdiyiniz təqdirdə buna nail bilərsiniz. Öyrənmək üçün çox yaxşı gündür. Təcrübəsi ilə bölüşməyə hazır insanlara düzgün suallar verə bilməyiniz üçün lazım olan hər hansı bir məlumatı tez yada salırsınız. Sevdiyiniz biri ilə mühüm söhbət üçün əlverişli gündür. Gələcək üçün ümumi planları müzakirə edə bilər və ya şübhələrinizi paylaşa bilərsiniz. Gözlənilməz romantik etiraflar da mümkündür.

Əkizlər

Sizi yaxşı bir gün gözləyir. Çox gözəl ideyalar var. Onları dostlarınız və köhnə müttəfiqlərinizin dəstəyi ilə həyata keçirə biləcəksiniz. İş gözləniləndən daha çox olacaq, ancaq sizi razı salacaq. Məşğul olacağınız işlər maraqlı olacaq, həm də öyrənməyə çox kömək edəcək. Faydalı tanışlıqlar istisna edilmir. Bəzi Əkizlər, ən qısa zamanda onların cəsarət tələb edən planlarını reallaşdıracaqları insanlarla tanış olacaqlar. Biznes və əyləncə səfərləri müsbət xarakterli ola bilər. Yeni təəssüratlar və parlaq duyğuların çatışmazlığı olmayacaq. Axşam dostluq və romantik görüşlər üçün uyğundur.

Xərçəng

Günün əvvəlində diqqətli olun. Bu gün səhv etməyin asan olduğu çox çətin vaxtdır. Ailədə fikirayrılıqları və iş yerində münaqişələr ola bilər. Özünü idarə etmək və təxribata meyilli olmamaq çox çətin görünür, ancaq bunu bacara bilsəniz, vəziyyət tezliklə yaxşılaşacaq. Günün ikinci yarısı işgüzar danışıqlara, iş dəyişikliyinə və uzunmüddətli əməkdaşlığın başlanmasına dair məsələlərin müzakirəsinə uyğun gəlir. Xoş görüşlər mümkündür. Maraqlı insanlarla görüşmək şansı olacaq. Onlar sizin simpatiyanızı tez qazanacaqlar. Romantik münasibətlərdə təşəbbüs göstərmək uğurlu ola bilər.

Şir

Yeni, xüsusilə qeyri-adi və çətin işlərə başlamaq üçün yaxşı bir gündür. Siz lazım olan hər şeyi qısa vaxtda öyrənə bilərsiniz, faydalı məlumat əldə etmək fürsətini qaçırmayın. Dünyaya baxışınızı və maraqlarınızı paylaşan insanlarla tanış olmaq üçün bir fürsət olacaq. Ünsiyyət faydalı və xoş olacaq, dostluq və romantik münasibətlərin başlanğıcı istisna deyil. Sizin üçün əhəmiyyət kəsb edən şəxslərə yaxşılıq edəcək, yaxınlarınıza qayğı göstərəcək, çətin vəziyyətdə olan tanışlara dəstək olacaqsınız. Günün sonunda maliyyə problemləri yarana bilər, ancaq onları həlli üçün tezliklə yeni üsul tapacaqsınız.

Qız

Yeni, xüsusilə də vacib və məsuliyyətli işlərə başlamaq üçün uğurlu gündür. Siz ciddi əhval-ruhiyyədəsiniz, detallara diqqət yetirirsiniz və heç nəyi nəzərdən qaçırmırsınız. Bu yanaşma çox səhvlərdən qaçmağa imkan verir. Bu gün cəhdlərinizə dəstək alacaqsınız. Siz öz ideyalarınızdan elə danışırsınız ki, onlara biganə qala biləcək bir adam çətin tapılar. Sövdələşməyə gedə bilərsiniz. Söhbət puldan düşdükdə, intuisiya sizdən məsləhətini əsirgəməyəcək. Bəzi sosial tədbirlərdə, xeyriyyə aksiyalarında iştirak etməyiniz istisna edilmir. Yardımınız və dəstəyiniz çoxları üçün faydalı olacaq. Gün hökumət təşkilatlarına müraciət etmək üçün əlverişlidir.

Tərəzi

Diqqətli olun. Emosiyalara qapılsanız, ötəri istəklər dalınca getməyə çalısanız, gün sizin üçün əsl sınaq ola bilər. Bütün qərarlarınızı götür-qoy edin və hərəkətlərinizi yaxşı düşünün. Yalnız bu halda rəqibləriniz və düşmənlərinizin istifadə edə biləcəyi səhvlərdən sığortalanacaqsınız. Çox tez-tez mübahisələr ortaya çıxır, bəzən sizi dəstəkləyənlərlə belə razılaşmaq çətindir. Yorğunluğun qarşısını almağa cəhd edin. Fiziki yorğunluq və ya emosional gərginlik səbəbindən özünüzü daha pis hiss edə bilərsiniz. Xroniki xəstəliklərin şiddətlənməsi mümkündür.

Əqrəb

Günün əvvəli işgüzar ünsiyyət üçün əlverişlidir. Hətta ən ciddi iş məsələləri rahat, təmkinli bir atmosferdə müzakirə edilə bilər. Buna görə də hər kəsə uyğun bir həll tapmaq daha asan olacaq. Uzunmüddətli əməkdaşlıq üçün danışıqlar uğurlu olacaq, bəzi Əqrəblərə yeni iş təklif olunacaq. Faydalı sövdələşmə şansları olacaq. Siz bu vəziyyətdən çox cazibədarlıqla və bacarıqla istifadə edirsiniz. Çox vaxt insanlar sadəcə sizin istəklərinizdən imtina etməyə özlərində güc tapa bilmirlər. Günortadan sonra müstəqil işə diqqətinizi cəmləşdirsəniz, daha yaxşı olar. Heç kim sizi narahat etməzsə, doğru qərarlar qəbul edə biləcək, hətta kiçik səhvə də yol verməyəcəksiniz. Xoş sürprizlər istisna olunmur.

Oxatan

Ünsiyyət və yeni tanışlıqlar üçün əlverişli gündür. Ətrafınızdakı insanlar tez bir zamanda sizin simpatiyanızı qazanır, həvəslə kömək edir, fikirlərinizi dəstəkləyir. Liderlik keyfiyyətləriniz aydın şəkildə ortaya çıxır. Həmfikirlərinizlə bir qrup yaratmaq və idarə etmək mümkün olarsa, bu fürsəti əldən verməyin. Uğurlu təsadüflər mümkündür ki, bununla da qısa vaxtda çətin işləri həll edə bilərsiniz. Bəzi Oxatanlar çox qazanc əldə edəcəkləri sövdələşmələr imzalayacaqlar. Gün yaxşı yöndə inkiaf etsə də, bütün işlərin mütləq öz əlinizdə ola biləcəyini düşünməyin. Gücünü və qabiliyyətlərini yüksək qüiymətləndirməkdən daha təhlükəli heç nə yoxdur. Özünüzə ciddi öhdəlikləri yükləməyin: onları etmək indi düşündüyünüzdən daha çətin olacaq.

Oğlaq

Asan və uğurlu gün deyil. Çox şey gözləniləndən daha çətin olur. Bəzən başqa vaxt asanlıqla öhdəsindən gələ biləcəyiniz sadə məsələləri həll etmək üçün səy göstərməlisiniz. Siz biznesdə təşəbbüs göstərə bilərsiniz, lakin bunu ehtiyatla aparmalısınız. Kiminsə bacarıq və qabiliyyətlərinizi öz maraqları üçün istifadə etməyə çalışdığı yönündə bir təhlükə var. Yaxınlarınızla səmimi və həssas olun. Bu, münasibətlərin uzun müddət pisləşməsinə səbəb ola biləcək münaqişələrin qarşısını almaq üçün yeganə yoldur. Sevdiyinizlə ortaq bir dil tapmaq indi çox çətindir. Qısqanclıq səbəbindən mübahisələr mümkündür.

Dolça

Siz enerjili və əzmkarsınız, vəziyyət necə olursa olsun, planlarınızdan imtina etmək istəmirsiniz. Belə əzmkarlıq layiqli “meyvələr” gətirir. Başqalarının gücündən kənarda olan uğurlara nail ola bilərsiniz. Həmkarlarınızla fikirayrılıqları, rəhbərliklə mübahisələr istisna edilmir. Ancaq nə o, nə də digəri işə mane təşkil etməyəcək, və başladığınız bütün işləri vaxtında bitirəcəksiniz. Bu gün qadınlarla ünsiyyət üçün çox yaxşıdır. Dostlar, qohumlar və sadəcə köhnə tanışlar belə çox işdə sizə dəstək verir. Yardım və məsləhət almaq üçün onlara müraciət edə bilərsiniz. Axşam gözlənilməz hədiyyələr almaq mümkündür.

Balıqlar

Ziddiyyətli, narahat, lakin çox maraqlı bir gündür. Heç kimin əvvəlcədən bilmədiyi istedadınız öz tətbiqini tapa bilər. Yəqin ki, işlə bağlı yaxşı xəbərlər alacaqsınız. Tamamilə yeni işlərin qulpundan yapışa bilərsiniz. Tezliklə hər şeyi anlayacaq, lazım olanları öyrənəcək və uğur qazanacaqsınız. Ən yaxşısı odur ki, bunun üçün sizə dəstək və kömək tələb olunmur. Vəziyyəti dəyişdirmək çox faydalıdır. Hətta kiçik səfərlər bu gün sizi ruhlandıra, ciddi şəkildə əhvalınızı artıra bilər. Günortadan sonra, başgicəlləndirici romantik sərgüzəştlərə səbəb ola xoş tanışlıqlar istisna deyil.

Bunu da oxu:

Ulduz falı: 22 aprel, 2018

Qoç İşlərinizin çoxu sizin gözlədiyinizdən daha yaxşı alınır. Pul daxilolmaları istisna edilmir, onun sayəsində son …