Baş səhifə / Dünya / Yerevanda 3-ü deputat olmaqla 228 nəfər saxlanıldı

Yerevanda 3-ü deputat olmaqla 228 nəfər saxlanıldı

1

Hüquq-mühafizə orqanlarının əməkdaşları Yerevanda 228 nümayişçini saxlayıb. Bunu polisin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, aksiya rəhbəri, müxalif deputat Nikol Paşinyan, daha iki deputat Artur Mirzoyan və Sasun Mikayelyan da polis tərəfindən saxlanılıblar.

Xatırladaq ki, bu gün səhər Nikol Paşinyan və baş nazir Serj Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.(Modern.az)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …