Baş səhifə / İdman / “Qarabağ” çempion oldu

“Qarabağ” çempion oldu

10

Topaz Premyer Liqasında XXIV tura yekkun yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci gündə üç qarşılaşma baş tutub.

Tur çempionun müəyyənləşməsi ilə yadda qalıb. Səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn “Qarabağ” ardıcıl ikinci pillə ilə xal fərqini 17-yə yüksəldib. Bununla da “Qarabağ” ardıcıl 5-ci, ümumilikdə 6-cı çempionluğu rəsmiləşdirib.

Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Neftçi” doğma meydanda “Qəbələ”yə qalib gəlib. Bununla da “Zirə”ni “dördlük”dən çıxardan “ağ-qaralar” 4-cü pilləyə yüksəlib.

Son iki pillənin sahibləri – “Səbail”lə “Kəpəz” arasında baş tutan oyunda isə qalib müəyyənləşməyib.

Premyer Liqa

2017/18 mövsümü

IV dövrə, XXIV tur

Sumqayıt – Qarabağ 0:1

Qol: Dani Kintana, 34.

Sumqayıt: 1. Fərhad Vəliyev (k), 2. Rail Məlikov, 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 77. Elnur Abdullayev.

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 10. Cavid İmamverdiyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 32. Rəşad Eyubov, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov.

Baş məşqçi: Samir Abasov.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 77. Donald Qerye, 90. Ramil Şeydayev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 24. Nihad Tomarov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev.

Baş məşqçi: Qurban Qurbanov.

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov .

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Şahin Cəfərov.

Sumqayıt şəhər stadionu. (Fanat.az)

Bunu da oxu:

Prezident sərəncam verdi – yeni təhsil naziri təyin olundu

Prezident İlham Əliyev yeni təhsil nazirinin təyin olunması haqda sərəncam imzalayıb. Dövlət başçısı bu vəzifəyə …