Baş səhifə / Cəmiyyət / İşdən çıxarılan Abid Şərifovun xəstəxanaya düşməsi barədə xəbərlər yayılıb

İşdən çıxarılan Abid Şərifovun xəstəxanaya düşməsi barədə xəbərlər yayılıb

5

İnterpress.az saytının yaydığı xəbərə görə, Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti kəskin pisləşib və o, təcili olaraq xəstəxanaya yerləşdirilib. Xəbərdə iddia edilir ki, xəstəxanaya yerləşdirilməsi Abid Şərifovun ürəyində yaranmış problemlə bağlıdır və Baş nazirin sabiq müavininin hazırda kardiologiya şöbəsində müalicə oldunduğu vurğulanır.

Qeyd edək ki, Abid Şərifov Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Baş nazirin müavini vəzifəsindən çıxarılıb. O işdən çıxarılmasına belə münasibət bildirmişdi: ”Mən uzun illər dövlətə xidmət etmişəm. Bu mənim baş nazirin müavini kimi vəzifəm olub. Bu gün də sadə vətəndaş kimi dövlətimə, prezidentimə sədaqətlə xidmət edəcəm. Allah İlham Əliyevə can sağlığı versin. Bu gün uğurlarımız onun rəhbərliyi ilə qazanılıb. Mən sizə də təşəkkür edirəm ki, yada saldınız”.

Abid Şərifovun yerinə Bakı şəhəri İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov təyin edilib.

Xatırladaq ki, ötən ilin aprelində də Abid Şərifovun səhhətinin qəfildən pisləşməsi barədə xəbərlər yayılmışdı. O zaman Virtualaz.org saytı A.Şərifovun xüsusi təyyarə ilə təcili olaraq İsrail xəstəxanalarından birinə çatdırıldığını yazmışdı.

Bunu da oxu:

Abid Şərifov: “Bu məlumatı yayanlara Allah insaf versin”

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. Oxu.Az xəbər verir …