Baş səhifə / Dünya / Keçmiş prezidentə yaxın jurnalist həbs olundu

Keçmiş prezidentə yaxın jurnalist həbs olundu

0

İranın keçmiş prezidenti Mahmud Əhmədinejada yaxın olan “dolatebahar” internet xəbər saytının baş redaktoru saxlanılıb. Verilən xəbərə görə, “dolatebahar” internet saytının baş redaktoru Məhəmməd Hüseyn Haydari İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yaxından tanıyan şəxsdir.

Sözügedən saytın verdiyi bəyanata görə, baş redaktor Məhəmməd Hüseyn Haydari günorta vaxtı evində İran polis qüvvələri tərəfindən həbs olunub. Xəbərdə M. H.Haydarinin həbsinin səbəbi barədə heç bir məlumat verilmir.

Xatırladaq ki, bu xəbər saytı sabiq prezident M.Əhmədinejadın İran hökumətini tənqidlərini yayımlayan qabaqcıl internet xəbər saytlarından biridir. Bir müddət əvvəl M.Əhmədinejadın prezident olduğu dövrdə köməkçiləri olmuş Həmid Bekayi və İsfahan Rəhim Məşai “korrupsiya” ittihamı ilə həbs ediliblər.

Qeyd edək ki, İran İslam Respublikasının 6-cı prezidenti Mahmud Əhmədinejad 1956-cı il oktyabrın 28-də İranın şimalındakı Səmnan vilayətinin Gərmsar şəhərinin Aradan kəndində, nalbənd ailəsində anadan olub. Etnik mənsubiyyəti barədə məlumatlar kəskin fərqlənir. Onun türk, talış, hətta yəhudi əsilli olması barədə fikirlər səsləndirilir. Prezident seçilənə qədər Tehran bələdiyyəsinin sədri olan M.Əhmədinejad ixtisasca inşaat mühəndisidir və bələdiyyə başçısı olmamışdan əvvəl İran Elm və Texnologiya Universitetində müəllim işləyib. Təhsilini də bu universitetdə alan M.Əhmədinejadın “Professor” elmi dərəcəsi var.

2005-ci il iyul ayının 24-də keçirilmiş prezident seçkilərinin ikinci turunda qələbə qazanmış, həmin ilin avqust ayının 3-də bu vəzifədə Məhəmməd Hatəmini əvəz etmişdir. 2008-ci ildəki seçkilərdə ikinci müddətə prezident seçilən və 2013-cü ilə qədər hakimiyyətdə olan M.Əhmədinejad ən sadə və səmimi dövlət başçısı kimi tarixə düşüb.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …