Baş səhifə / Dünya / Türkiyədən sürpriz addım: Baş nazir postu ləğv edilir

Türkiyədən sürpriz addım: Baş nazir postu ləğv edilir

24

Yeni kabinet parlamentdənkənar şəxslərdən formalaşacaq

Türkiyənin növbədənkənar seçkilərə getməsi ilə idarəetmə sistemində ciddi dəyişikliklər olacaq. Məsələn, yeni hökumətdə baş nazir postu olmayacaq. Parlamentdə növbədənkənar seçki qərarı təsdiq edilmədən bir qədər əvvəl çıxış edən Baş nazir Binali Yıldırım çıxışında “Türkiyə Respublikasının son baş naziri olaraq sizə xitabetmə qürurunu yaşayıram”,– ifadəsini işlədib. Bu o deməkdir ki, bundan belə Türkiyədə yeni sistem əsasında prezident seçilməsindən sonra ABŞ və bəzi xarici dövlətlərdə olduğu kimi, Türkiyədə də baş nazir postu olmayacaq. Əvəzində vitse-prezidentlər olacaq. Yəni indiki Baş naziri Binəli Yıldırm artıq Türkiyənin sonuncu Baş naziri kimi tarixə düşəcək.

Belə ki, 2017-ci ildə keçirilən referendumun nəticələrinə əsasən, Respublikasının Konstitusiyasına edilən dəyişikliyə görə, sistem dəyişəcək, yüksək icraedici səlahiyyətlərə malik prezident seçiləcək və o, parlamentdən kənardan 26 nazir təyin edərək öz kabinetini fromalaşdıracaq.

Bununla yanaşı, 24 iyunda keçiriləcək növbədənkənar parlament seçkilərində də yenilik olacaq. Parlamentdə deputatların sayı da artacaq. Əvvəllər olduğu kimi, Türkiyə parlamentinə 550 deyil, bu dəfə 600 millət vəkili seçiləcək. Parlamentin icraedici hakimiyyətdə effektivliyi azalacaq, yalnız qanunvericilik fəaliyyəti ilə məşğul olacaq. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …