Baş səhifə / Dünya / Partiya sədri 15 deputatını digər partiyaya “hədiyyə etdi”

Partiya sədri 15 deputatını digər partiyaya “hədiyyə etdi”

0

“Siyasi əxlaqsızlığın ən son nümunəsi”, yoxsa “demokratiya tarixində mühüm hadisə”

Aprelin 20-də parlamentdə növbədənkənar prezident və paralament seçkilərinin 24 iyun 2018-ci il tarxidə keçirilməsi haqda qərar qəbul edildikdən sonra Türkiyədə seçki prosesinə start verilib. MHP-dən ayrılanların yaratdığı İYİ Partiyanın seçkiyə buraxılması dəqiqləşsə də, başqa bir məsələ yeni yaradılan partiyanın rəhbərliyini narahat edirdi. O da parlamentdə fraksiyası olmadığı üçün seçki prosesində dövlət büdcəsindən siyasi partiyalara ayrılan maliyyə vəsaitindən faydalanmamaq dərdi idi. Bazar günü CXP sədri Kamal Kılıçdaroğlu parlamentdəki 15 millət vəkilninin İYİ Partiyaya keçməsinə razılıq verib. Beləliklə, İYİ Partiya da parlamentdə olan millət vəkili sayını 19 nəfərə qədər artırmaqla fraksiya yarada bilib. Bununla da seçki prosesində dövlət büdcəsindən maliyyə yardımından faydalana biləcək.
Bu da CXP-dən istefa verərək Yaxşı Partiyaya qatılan millət vəkillərinin siyahısı:

1. Burcu Köksal – Afyonqarahisar

2. Mustafa Tuncər – Amasya

3. Nihat Yaşıl – Ankara

4. Hüseyn Yıldız – Aydın

5. Əhməd Akın – Balıkesir

6. Məhmət Gökər – Burdur

7. Nurhayat Altaca Kayısoğlu – Bursa

8. Ərkan Aydın – Bursa

9.Tufan Kösə – Çorum

10. Okan Qaytançıoğlu – Edirne

11. Tacəddin Bayır – İzmir

12. Çətin Arık – Kaysəri

13. Fatma Kaplan Hürriyət – Kocaeli

14. Ömər Fəthi Gürər – Niydə

15. Ünal Dəmirdaş – Zonquldak.

Bu hadisədən sonra Yaxşı Partiyanın sədri Məral Akşənər yazılı bəyanat verib: “Kamal Kılıçdaroğlunun hərəkəti təqdirəlayiq haldır. Bu, siyasi demokratiya tariximizdə öz yerini tutacaq”. CXP-nin 15 deputatının transferini hakim partiyanın nümayəndəsi və baş nazirin müavini Bəkir Bozdağ isə “Siyasi əxlaqsızlığın ən yeni və ən son nümunəsi” adlandırıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …