Baş səhifə / Dünya / BMT Baş katibi Təhlükəsizlik Şurasından narazıdır

BMT Baş katibi Təhlükəsizlik Şurasından narazıdır

0

Antoniu Quttereş: “Birləşmiş Millətlər Təşkilatında tam islahat aparılmasına ehtiyac var”

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quttereş son bəyanatında bildirib ki, “soyuq müharibə” qayıdacaq. BMT Baş katibi Təhlükəsizlik Şurasında struktur problemlərinin mövcud olduğunu da etiraf edib. O bu haqda “SVT” telekanlına müsahibəsində deyib.

BMT Baş katibinin qeyd edib ki, mövcud vəziyyət Sovet İttifaqı dövründəki vəziyyətdən heç də fərqlənmir. “RİA Novosti” SVT-yə istinadən xəbər verir ki, Antoniu Quttereşin fikrincə, hazırda ABŞ və Rusiya əvvəlki kimi hər kəsə nəzarət etmir. Bir çox ölkələr Yaxın Şərq regionunda çox aktivdir: Türkiyə, Səudiyyə Ərəbistanı, İran və başqaları.

Baş katib BMT Təhlükəsizlik Şurasında müəyyən struktur problemləri olduğuna eyham vurmaqla son dövrlər Rusiyanın Şuradan çıxarılması təkliflərinin gündəmə gələcəyi barədə şübhələr yaradır. Onu sözlrinə görə, bu orqan artıq müasir reallıqlara uyğun gəlmir və dünyadakı qüvvələr balansını əks etdirmir: “Bəzi ölkələr isə veto hüququndan istifadə hüququndan sui-istifadə edirlər”.

Baş katib Birləşmiş Millətlər Təşkilatının Suriyadakı münaqişəni həll etmək qabiliyyəti olmadığını etraf edib. Birləşmiş Millətlər Təşkilatında tam islahat aparılmasına ehtiyac var. Ancaq bunu BMT Təhlükəsizlik Şurasının işinə dəyişiklik etmədən aparmaq mümkün deyil. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …