Baş səhifə / Cəmiyyət / Baş nazirin müavini işsiz qalmasına münasibət bildirdi

Baş nazirin müavini işsiz qalmasına münasibət bildirdi

5

“Heç kəs üçün vəzifə əbədi deyil. Hər şeyin başlanğıcı olduğu kimi sonu da var. Bu baxımdan mənim hökumətdə yer almamağımla bağlı nə üzüntüm, nə də təəccübüm var”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında baş nazirin sabiq müavini Elçin Əfəndiyev yeni hökumətdə yer almaması barədə danışarkən deyib.

Elçin Əfəndiyev bildirib ki, uzun illər çalışdığı vəzifədə dövlətə xidmət göstərib: “İnanıram ki, yeni gələnlər də Azərbaycanın uğurları üçün çalışacaq. Prezidentin rəhbərliyi ilə ölkəmizin inkişafı bundan sonra da davam edəcək. Mən yeni təyin olunan şəxslərə uğurlar arzu edirəm”. Bundan sonra hansı işlə məşğul olacağına gəlincə, Elçin Əfəndiyev bunları deyib:

“Bundan sonra yeni əsərlər yazacam. Buna vaxtım olacaq. Sizlər də oxuyarsınız”.

Bunu da oxu:

Milli Məclisin ən sakit deputatı nazir oldu

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb. Yenicag.az xəbər verir ki, …