Baş səhifə / Sağlamlıq / Xərçəngə səbəb olan şiş hüceyrələri dəqiq müəyyənləşdirilib

Xərçəngə səbəb olan şiş hüceyrələri dəqiq müəyyənləşdirilib

7

Brüsselin Azad Universitetindən (ULB), Katolik Leuven Universitetindən və Erasmus Xəstəxanasından 25 həkim Avropa İttifaqının ayırdığı maliyyə vəsaiti ilə dəri və süd vəzisi xərçəngi əsas götürərək tədqiqat aparıblar.

Professor Sedrik Blenpaynın rəhbərliyi altında aparılan bu araşdırmada elm xadimləri xərçəngin müxtəlif mərhələlərində hüceyrələri araşdırıb və bədxassəli olanları 6 müxtəlif kateqoriyada təsnif ediblər.

Şiş hüceyrələrinin genetik tərkibini tədqiq edən tədqiqatçılar bu hüceyrələrin bir-birinə bənzəmədiyini və xərçəngin kök saldığı orqandan kənara çıxaraq digər toxumalara yayılmasına səbəb olan bədxassəli hüceyrələrin bəzilərinin fərqləndiyini təsbit ediblər.

Araşdırmada əldə edilən nəticələrin xərçəng müalicəsinin dəqiqlik dərəcəsinin artıra biləcəyi və metastaza səbəb olan hüceyrənin təyin edilməsi ilə müalicədə əsas hədəfin daha tez müəyyənləşdirilə biləcəyi üçün diqqəti cəlb edib. “Nature” jurnalında dərc edilən tədqiqatın xərçəng müalicəsində inqilabi hadisə ola biləcəyini vurğulayırlar. (Bizimyolinfo.com)

Bunu da oxu:

Gec yatıb tez oyanmaq ömrünüzü qısaldır

“Bayquşlar”ın sayı 1,3 milyarddan çoxdur Müasir texnologiyaların sürətli inkişafından sonra gündəlik həyatın ayrılmaz tərkib hisəsi …