Baş səhifə / Dünya / Qırmızı işıqda keçən piyadaları isladırlar – Video

Qırmızı işıqda keçən piyadaları isladırlar – Video

6

Çində yol hərəkəti qaydalarını pozan piyadaları cəzalandıran yeni bir sistem işlənib hazırlanıb. Belə ki, Çinin Daye şəhərində xüsusi quraşdırılmış sütun-çiləyicilərdən qırmızı işıqda yolu keçən sakinlərə su səpən sistemin sınağı yerinə yetirilib.

20 aprel 2018-ci il tarixdə “China Daily” tərəfindən yayılan məlumata görə, Çin Xalq Respublikasının Hubey əyalətindəki Daye şəhərində piyadaların yol hərəkəti qaydalarının pozmasına qarşı sistemin sınaq variantı artıq quraşdırılıb. Bir piyada işqforun qırmızı işığında yolu keçməyə çalışırsa, xüsusi quraşdırılmış sütun-çiləyicilərdən onun üzərinə su püskürdülür.

Bundan əlavə, sistem səsli xəbərdarlıq edir və lazer işıqlarını yandırıb-söndürür, fotoşəkilləri çəkir və polislərə göndərir. Onun işlənib hazırlanmasına 207 min dollar xərclənib. Sınaq testləri müvəffəqiyyətli olsa, sistem şəhərdəki bütün işıqforlarda quraşdırılacaq. (Bizimyolinfo.com)

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …