Baş səhifə / Foto / Tanınmaz dərəcədə dəyişmiş texnoloji avadanlıqların ilk variantları – Fotolar

Tanınmaz dərəcədə dəyişmiş texnoloji avadanlıqların ilk variantları – Fotolar

21

Texnologiyalar sürətlə inkişaf etdikcə həyatımıza çoxlu sayda yeni məişət avadanlıqları daxil olur. Bu gün insanların  çox istifadə etdiyi bir çox əşyalar ilk versiyada necə olub, heç düşünmüsünüzmü? Bizimyolinfo.com maraqlı fotofaktları təqdim edir.

İndi  gənclərin sevərək istifadə etdikləri snoubord və təkərli ayaqqabılar ötən əsrdə İsveçrə, Danimarka və ABŞ-da Takypod adı ilə istifadə olunurdu. Bunlar pedalı olan təkərli aparatlar idi.

Kompüterlər üçün ilk sərt disk belə olub. 1956-cı ildə bu cihaz bir tondan çox çəkiyə və cəmi 5 meqabayt yaddaşa malik idi. 60 il sonra isə o 100 qramlıq telefonların içərisində 256 Giqabayt yaddaşa malikdir.

1913-cü ildə ilk kalkulyator bu şəkildə idi.

Bu isə 1800-cü illərin sonuna aid ortopedik gimnastika cihazıdır – başqa sözlə, ayaq və onurğa üçün trenajor.

1924-ci ildə ilk səs lokatorları belə idi. ABŞ əsgərləri öz hava məkanlarının monitorinqini onun vasitəsi ilə aparırdılar

İlk zirehli jiletlər bu şəkildə idi. Dənizçilər üçün yorğana bənzəyən bu qurğular 1917-ci ilə aiddir.

 

İlk paltaryuyan maşın – 1908-ci il.

İlk printer-1834-cü ildə riyaziyyatçı Çarlz Bebbic tərəfindən kəşf edilib

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …