Baş səhifə / Dünya / Ermənistanda “məxməri inqilab” baş tutdu – Sarkisyan hakimiyyətdən getdi

Ermənistanda “məxməri inqilab” baş tutdu – Sarkisyan hakimiyyətdən getdi

12

Serjik 10 gün dözə bilmədi

Aprelin 17-də parlamentdə təyin olunan Ermənistanın baş naziri Serj Sarqsyan, nəhayət, itefasını açıqlayıb. Bu barədə Ermənistanın Baş nazirinin internet saytında məlumat verilib.

“Nikol Paşinyan (parlament qrupu “Yelk” prlament frkasiyasının rəhbəri, “Vətəndaş sazişi” partiyasının sədri) haqlı idi. Mən səhv etdim. Bu vəziyyətin bir neçə həll variantı var idi, lakin mən onlardan heç birini seçmirəm. Bu mənlik deyil. Mən ölkə rəhbəri vəzifəsini – Ermənistanın Baş naziri postundan imtina edirəm”, – deyə Sarqsyan bildirib.

Ermənistanın “çiçəyi burnunda” baş naziri vida mətnində ona qarşı mitinqdə iştirak edənlərdən tutmuş polislərə qədər hamıya təşəkkürünü bildirib.

Təbii ki, etirazçılara bütün İrəvanın, hətta əsgərlərin də hərbi hissədən qaçıb qoşulması S.Sarqsyanı çıxılmaz vəziyyətdə qoydu. Qısası isə S.Sarqsyan öz qazdığı quyuya düşüb. Sistem dəyişikliyi ona düşmədi. Çox ucuz və biabırçı şəkildə hakimiyyəti əldən verməlidi oldu.

Qeyd edək ki, onun istefasından dərhal sonra S.Sarqsyanı bitirən hərəkatın lideri Nikol Paşinyan həbsdən azad edilib. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …