Baş səhifə / Cəmiyyət / İşdən çıxarılan komitə sədri yerinə gələn məmur haqqında danışdı
Nazim İbrahimov

İşdən çıxarılan komitə sədri yerinə gələn məmur haqqında danışdı

27

Bu gün ölkə Prezidneti İlham Əliyev hökumətin yeni üzvülərinin təyinatı ilə bağlı sərəncam imzalayıb və bu sərəncama əsasən, millət vəkili Fuad Muradov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri tyin edilib.

Prezidnetin digər bir sərəncamı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tutduğu vəzifədən azad edilib.

Fuad Muradov

Veteninfo.az-a Fuad Muradovun komitəyə yeni sədr təyinatı barədə danışan Nazim İbrahomov bildirib ki, o hər zaman Fuad Muradova dəstək olub və bundan sonra da diaspora işində yaxından köməklik edicək: “Fuad Muradov bizim əziz qardaşımızdır, onu bu vəzifəsində ilk olaraq təbrik edirəm. Eyni zamanda qeyd edim ki, Fuad Muradov digər sahələrdə də çalışan zaman ona yaxından bir dost kimi dəstəyimi əsirgəməmişəm. Azərbaycan diasporasının daha da güclənməsi istiqamətində də ona dəstəyimi göstərəcəm”.

Bunu da oxu:

Milli Məclisin ən sakit deputatı nazir oldu

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb. Yenicag.az xəbər verir ki, …