Baş səhifə / Dünya / Sarkisyanı istefaya məcbur edən müxalifət lideri növbəti planlarını açıqlayıb

Sarkisyanı istefaya məcbur edən müxalifət lideri növbəti planlarını açıqlayıb

10

Ermənistanın küçələrində Serj Sarqsyanın istefasını bayram kimi qeyd edən etirazçılar aprelin 23-də saat 19.00-a planlaşdırılan mtinq üçün Respublika meydanına toplaşıblar. Serj Sarqsyanın istefasından sonra həbsdən azad edilən erməni müxalifətinin lideri Nikol Paşinyan İrəvan şəhərində on minlərlə insanın toplaşdığı mitinqdə növbəti hədəflərini açıqlayıb.

Aksiya iştirakçıları qarşısında çıxış edən Nikol Paşinyan müvəqqəti olaraq həbsdə saxlandığı vaxt Ermənistan hakimiyyəti tərəfindən ona edilən təkliflər barədə məlumat verib. N.Paşinyanın sözlərinə görə, əvvəlcə ona 2018-ci ilin oktyabrında S.Sarqsyanın istefaya göndərilməsini təklif ediblər, lakin o, vaxt qazanmaq üçün düşünülmüş bu təklifədən imtina edib. Sonra Paşinyana baş nazirin bir ay sonra postunu tərk etməsi ilə razılaşmağı təklif ediblər, lakin bu variant da N. Paşinyan tərəfindən qəbul olunmayıb. Üçüncü təklif isə belə olub ki, 25 apreldə S.Sarqsyan istefa versin. Lakin N.Paşinyan Ermənistan xalqı adından bəyan edib ki, S.Sarqsyan 2 saat ərzində istefaya getməlidir.

N.Paşinyan daha sonra bildirib ki, növbəti addım danışıqların aparılmasıdır. O bildirib ki, 25 apreldə saat 11.00-da “Armenia Marriott” mehmanxanasında Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyanla görüşəcək. Görüş zamanı tərəflər gələcək addımları müzakirə edəcəklər.

N. Paşinyan bəzi tələblərini indidən səsləndirib: “Bu günlərdə həbs olunan aksiyada iştirak edən bizim bütün silahdaşlarımız azad olunmalıdır. Sonra biz siyasi məhbuslar məsələsini nəzərdən keçirməliyik və bütün siyasi məhbuslar azad edilməlidir”.

Xatırladaq ki, aprelin 13-dən deputat N.Paşinyanın rəhbərliyi ilə başlayan “məxməri inqilab” Serj Sarqyanın biabırcasına hakimiyyətdən getməsi ilə nəticələnib. Biabırçılıq onun görüşdən imtina edib, sonradana istefa etməsində deyil, İrəvan küçələrində istefadan sonrakı mənzərədə özünü göstərib. İllərdir guya rəhbərlik etdiyi xalqın bu xəbərdən sonra küçələrdə bayram etməsi onun üçün ölümdən betər olmalıdı. Çünki özlərinin separatçı və işğalçı dəstələri ilə Ermənistan əhalisinə Dağlıq Qarabağ bəlasını pərçim edənlərin başında gələnlərdən biri olub.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …