Baş səhifə / Dünya / Kadırov dünyanı güldürdü: “Trampı və Merkeli həbs edəcəyəm, hesablarını bağlayacağam”

Kadırov dünyanı güldürdü: “Trampı və Merkeli həbs edəcəyəm, hesablarını bağlayacağam”

6

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov növbəti dəfə dünyanı güldürməyi bacarıb. Vaxtaşırı məsuliyyətsiz açıqlamaları ilə gündəmə gələn Kadırov bu dəfə dünya liderlərini həbs etməklə və bank hesablarını bağlamaqla hədələyib.

“Əgər Çeçenistana gəlsələr, onları dərhal yaxalayıb həbs edəcəyik. Əgər onlar burada bank hesabları açsalar, dərhal hesablarını bağlayacağıq”,- deyə Kadırov “Rossiya 24” kanalına açıqlamasında bildirib.

Amma Kadırov ABŞ və Almaniya liderlərinin Çeçenistana gəlmək və ya orada bank hesabı açmaq ehtimallarının nə dərəcədə real olduğuna aydınlıq gətirməyib. Yəqin ki, bu iki şəxs heç vaxt Çeçenistana gəlməyəcək və orada bank hesabı açmayacaqlar.

Xatırladaq ki, 2017-ci ilin dekabrında ABŞ Çeçenistan prezidenti də daxil olmaqla 5 nəfərin adını “Maqnitski siyahısı”na daxil edib. Kadırov “insan haqlarını pozmağa görə” sanksiya altına düşüb. Martın sonlarında Kadırovun ABŞ-a səfərinə qadağa qoyulub. Həmçinin bu səbəbdən Estoniya da 49 Rusiya vətəndaşına sanksiya tətbiq edib.

Kadırov ABŞ-ın bu qərarını belə izah edib ki, Vaşinqton onun terrorçuluğa qarşı mübarizəyə sadiqliyini bağışlaya bilmir. Həmçinin o Tallini “ikiüzlü yaltaqlıqda” ittiham edib.

“Maqnitski qanunu” ABŞ-da 2012-ci ilin dekabrında qəbul edilib. Qanun dünya boyunca insan haqlarını pozan məmurlara qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …