Baş səhifə / Dünya / Marala görə iti həbs etdilər

Marala görə iti həbs etdilər

9

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini yerləşdirib. Cazibədar cinayətkarın fotoşəkili qısa müddət ərzində təxminən 600 min nəfər tərəfindən bəyənilib.

İtin sahibi olan qız bir şənbə günü Finnin evdən qaçdığını söyləyib. İt maralın qoxusunu hiss edib və sahiblərinin əmrlərinə məhəl qoymayaraq onun axtarışına girişib. Xoşbəxtlikdən polis “cinayətkarı” yaxalayaraq ailəsinə qaytarıb. Günahkarın polis maşınında barmaqlıqlar arxasında olan şəklini Finnin sahibi Emma “Twitter” səhifəsində yerləşdirib və belə bir status yazıb: “Kimsə qaçan və marala hücum edən itimdən ötrü polis zəng edib, bunu dəqiq bilirəm, polis maşınındakı fotoşəkil onundur”. Emmanın bu statusu 600 mindən çox bəyənmə, 180 min paylaşma və üç mindən çox şərh toplayıb.

Daha sonra Emma polisin Finni azad etdiyini və ona intizam cəzası təyin etdiyini söyləyib. Ümid etmək lazımdır ki, bundan sonra it qayda-qanunu pozmağa cəhd etməyəcək.

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …