Baş səhifə / Dünya / Səudiyyənin xarici işlər naziri ABŞ-ın adından Qətəri təhdid edib

Səudiyyənin xarici işlər naziri ABŞ-ın adından Qətəri təhdid edib

4

Səudiyyə Ərəbistanı Qətərə, Suriyaya qoşun göndərməyə çağırdı

“RİA Novosti” İnformasiya Agentliyinin yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr ABŞ-ın adından Qətəri təhdid edib: “Əgər ABŞ-ın hərbi dəstəyini itirmək istəmirsinizsə, Suriyaya qoşun göndərməlisiniz”.

Səudiyyə Ərəbistanı Krallığının media mərkəzi XİN rəhbərinin bu sözlərini də sitat gətirib: “Qətər ABŞ qoşunlarının Suriyada mövcudluğu üçün çəkilən xərcləri ödəməli və ABŞ prezidenti Qətərin müdafiəsindən imtina etməmişdən (ABŞ hərbi bazasını onun ərazisindən çıxarmamış) əvvəl Suriyaya qoşun göndərməlidir”.

Bununla ABŞ adından Qətəri hədələyərək regionun jandarmı rolunda çıxış edən rəsmi Ər-Riyadın sabitliyi pozmağa bir daha cəhd göstərdiyi sübut olunub. Çünki Adil əl-Cubeyr onu da qeyd edib ki, Amerika Birləşmiş Ştatları Qətərin təhlükəsizliyini təmin etməyi dayandırsa, bu ölkədəki rejim bir həftəyə devrilə bilər.

Qeyd edək ki, ötən ilin iyun ayından Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn terrorizmi dəstəkləməkdə ittiham edərək Qətər dövləti ilə bütün əlaqələrin dayandırılması barədə qərar qəbul edib. Regiondakı qonşu dövlətləri barışdırmaq üçün Küveyt ərəb dövlətinin cəhdləri uğursuz.

Onu da xatırladaq ki, Qətər əmiri bu yaxınlarda ABŞ prezidenti Donald Trampla Suriya məsələsində ortaq mövqedə olduqlarını söyləyib. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …