Baş səhifə / Dünya / 9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

81

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 övladı olduğunu zənn edən kişinin düşdüyü rəzil vəziyyət zəbt edib. Belə ki, adının açıqlanmadığı mərakeşli professor “sonsuz” olduğunu öyrəndikdən sonra həyatı alt-üst olub. 35 il əvvəl ailə quran professor periodik uroloji müayinə zamanı həkim ona sağ çanağında kiçik bir kist olduğunu və bu kistin övlad sahibi olmasına imkan vermədiyini söyləyib. Ancaq bu kistin götürülə biləcəyini də sözlərinə əlavə edib.

Lakin çox ciddi bir problem var. Adam 35 ildir evli olmaqla yanaşı, nə az, nə çox düz 9 uşağın atası hesab edilir. Buna görə də eşitdiyi sözlərdən şoka düşüb və bu həqiqəti öyrəndikdən sonra, hətta arvadına heç nə deməmiş boşanmaq üçün məhkəməyə müraciət edib. Vəkili ilə birlikdə onu 35 ildir aldadan həyat yoldaşına qarşı əlindən gələni etməyə girişən 50 yaşlı professor təkcə boşanmaqla kifayətlənmək istəməyib. Həkimin yanıla biləcəyi ehtimalını nəzərdən qaçırmayan professor, məhkəmə qərarı ilə uşaqlarının DNT analizini də həyata keçirib və qəti şəkildə dəhşətli həqiqəti öyrənib. Uşaqlardan heç biri onun uşağı deyil.

Hazırda cütlük boşanmaq ərəfəsindədir. Digər tərəfdən, uşaqların atalarının kimlyi elmi sübutlarla araşdırılır. Qadına uşaqlar atalarının kim olduğu soruşulsa da, uşaqların atalarının kim olduğunu dəqiq bilmədiyini söyləyir. (Bizimyolinfo.com)

Bunu da oxu:

Meymunla zarafatın sonu yaxşı olmadı – video

Bütün dünya Çində baş verən bu hadisədən bəhs edir. Turistlərdən biri makaka meymununu zarafatla gölməçəyə …