Baş səhifə / Dünya / İran şahı Rza Pəhləvinin mumiyası tapılıb

İran şahı Rza Pəhləvinin mumiyası tapılıb

8

İranın Rey şəhərindəki Əbdüləzim Türbəsinin genişləndirmə işləri əsnasında İranın keçmiş hökmdarı Rza Şah Pəhləviyə aid olduğu iddia edilən mumiya tapılıb.

İran rəsmi informasiya agentliyi İRNA-nın xəbərinə görə, Tehran İslam Şurası Mədəni Miras və Turizm Komitəsinin sədri Həsən Xəlilabadi Tehranın cənubunda yerləşən Reydəki Əbdüləzim Türbəsinin qərb hissəsindəki genişlənmə işləri əsnasında bir mumiya tapıldığını söyləyib.

Mumiyanın İranın keçmiş hökmdarı Rza Şah Pəhləviyə aid ola biləcəyini ifadə edən Həsən Xəlilabadi, əlaqədar orqanlar tərəfindən lazımi araşdırmanın aparılacağını bildirib.

Xatırladaq ki, İranda 1925-ci ildə hakimiyyəti ələ keçirərək Pəhləvi xanədanlığının təməllərini atan Rza Şah, İkinci Dünya mühribəsində Böyük Britaniya və Sovet İttifaqı İranı işğal edəndən sonra sürgünə göndərilib və 1944-cü ildə Cənubi Afrikada vəfat edib. Rza Şah Pəhləvinin qəbri Misirdə mumiyalanaraq uzun müddət Qahirədəki Rifai Məscidində saxlanılıb. Rza Şah Pəhləvinin mumiyası 1950-ci ildə İrana gətirilib və Rey şəhərində hazırlanan mavzoleydə xüsusi mərasimlə dəfn olunub. Şah Rzanın mavzoleyi 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra inqilabın rəhbəri Ayətullah Xomeyninin icazəsi ilə dağıdılıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …