Baş səhifə / İdman / Azərbaycanlı stronqman: 300 kiloluq təkərləri bir dəfəyə qaldırır – video

Azərbaycanlı stronqman: 300 kiloluq təkərləri bir dəfəyə qaldırır – video

40

Azərbaycanda yeni idman federasiyasının əsası qoyulub. Stronqman əsasən Avropa və ABŞ-da böyük populyarlıq qazanıb. Bir çoxları Stronqmanın idman, yoxsa şou olması barədə mübahisələr aparırlar.

Stronqman ingilis dilindən tərcümədə güclü kişi mənasını verir, bu əslində güc göstərişidir. İdmançılar yüngül, ağır və absalyut çəki dərəcələri üzrə yarışırlar. Absalyut çəki dərəcəsində əsasən 110 kiloqramdan çox çəkiyə malik idmançılar yarışırlar. Bu idman növündə əsasən ağırlıq qaldırma və qaldırılan yüklə müəyyən zaman  daxilində qaçış nəzərdə tutulur.

Azərbaycan Stronqman Federasiyası yeni yaradıldığı üçün hələlik texniki bazası və büdcəsi tam formalaşmayıb. Ölkə çempionatında birinci yeri tutan idmançılara 500 manat mükafat verilir.

Bu günkü həmsöhbətimiz stronqman idman növü üzrə  Azərbaycan  çempionu Aydın Hümbətovun məşq prosesini izlədik. O, 300 kiloqramlıq böyük təkəri 35 saniyə ərzində 15 metr məsafədə hərkət etdirdi. Aydının sözlərinə görə,  bu pis göstərici deyil.

Aydın Hümbətov qeyd etdi ki,  stronqman idman növü əslində bütün dünyada yeni -yeni populyarlaşdığına görə, yarışlar, məşqlər  beynəlxalq səviyyədə keçirilir. Çünki, hər ölkədə bu idman növü  üzrə iştirakçıların sayı barmaqla sayılacaq qədərdir. Elə Azərbaycan Stronqman Federsaiyasının da hər çəki üzrə cəmi 6-7 tanınmış  idmançısı var.

Aydın 110 kilo çəki dərəcəsində yarışır. Həmkarlarının  və özünün bədən forması barəsində danışan idmançı qeyd edir ki, əslində hər kəsin protein dərmanları deyilərək tanıdığı o maddələr əlavə qida maddələridir. Onlar olmadan  da idmançının bədən forlması formalaşa bilər. Lakin, bu əzələləri zəiflədə və zədələrin alınmasına səbəb ola bilər. Ona görə də peşəkar idmançıların protein əlavələrindən istifadə etməsi tövsiyə olunur.

“Təsəvvür edin ki, mən gün ərzində 5 dəfə qidalanmalıyam. Protein qidalarının tərkibində olan vitaminlər, zülallar, proteini əldə etmək üçün mən beş- altı kilo meyvə və ya ət yeməliyəm. Bu fiziki cəhətdən imkansızdır, protein isə bizi bu qədər ərzaq məhsulunda olan qidalandırıcı maddələrlə təmin edir.

Sonda isə Aydın bu idman növünün  gənc soydaşlarımızın marağını çəkəcəyinə və azərbaycanlıların da dünya səviyyəli stronqman ulduzlarına çevriləcəyinə ümid etdiyini söylədi.

Qeyd edək ki, adı əcnəbi olsa da, bütün dünyada da yeni idman  növü kimitanınsa  da stronqman elə bir növ bizim milli pəhləvanlarımızın məşğul olduğu idman növüdür. Tarixən  bütün xalqların keçmişində cəngavərlər, pəhləvanlar olub. Bu əslində bir növ keçmişimizə qayıdırşıdır. Stronqman  yarışçıları arasılnda  az da olsa qadınlar da var. (Bizimyolinfo.com)

İlhamə LOĞMAN

Bunu da oxu:

İrəvanda qondarma soyqırım abidəsinin önündə türk mahnısı oxundu (Video)

Sosial şəbəkələrdə iki türkiyəli gəncin Ermənistanın paytaxtı İrəvanda ucaldılmış qondarma soyqırımı abidəsinin önündə Mustafa Yıldızdoğanın …