Baş səhifə / Dünya / ABŞ Ermənistanı konstruktiv dialoqa çağırır

ABŞ Ermənistanı konstruktiv dialoqa çağırır

7

“Rusiyanın adamı” Karen Karapetyan isə hakimiyyəti əldən vermək istəmir

Baş nazir vəzifəsini icra edən Karen Karapetyanın müxalifət lideri Nikol Paşinyanla aprelin 25-də saat 11-ə təyin etdiyi görüşü təxirə saldığını elan etməsi Ermənsitanda vəziyyəti yenidən gərginləşdirib. Baş tutmayan görüşün əvəzinə həmin vaxta mitinq və yürüş təyin edən N. Paşinyanın etiraz hərəkatının və vətəndaş itaətsizliyinin davam etdirilməsini elan edib.

Vəziyyətin gərginləşməsindən sonra Ağ Evdən xüsusi olaraq Ermənistandakı vəziyyətlə bağlı bəyanat səslənib. ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauertin verdiyi bəyanatda deyilir: “Biz bütün tərəfləri Ermənistan konstitusiyasının qanunvericilik bazası çərçivəsində qanunun aliliyini əsas tutaraq hakimiyyətin sülh yolu ötürülməsini təmin etməyə çağırırıq. ABŞ və Ermənistan üçün qarşılıqlı maraq doğuran bir çox sahədə yeni hökumətlə sıx əməkdaşlıq etməyə ümid edirik”. Bəyanatda daha sonra bildirilir ki, Birləşmiş Ştatlar Ermənistanın müstəqil gələcəyini “demokratik və sülh yolu ilə” quracağına ümid bəsləyir.

ABŞ hakimiyyət sözçüsünün bəyanatından göründüyü kimi, ABŞ Ermənistanda hakimiyyətin ötürülməsini və müstəqil Ermənistan görmək istəyir, “Rusiyanın adamı” kimi tanınan Karen Karapetyan isə S.Sarkisyanı qurban verməklə hakimiyyətini saxlamaq niyyətindədir. N.Paşinyanın rəhbərliyi altında ayağa qalxan etirazçı təbəqə isə geri çəkilmək niyyətində deyil. Hətta N.Paşinyan bəyan edib ki, müxalifət indi hakimiyyətin nəzarəti altında növbədənkənar parlament seçkilərinin keçirilməsinin əleyhinədir.

Xatırladaq ki, N.Paşinyanın vətəndaş itaətsizliyinin davam etdirilməsi çağırışı ilə elan etdiyi yürüş İrəvanda davam edir. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …