Baş səhifə / Gündəm / Vaşinqtonda “erməni iddiaları”na qarşı etiraz aksiyası keçirilib

Vaşinqtonda “erməni iddiaları”na qarşı etiraz aksiyası keçirilib

29

Soydaşlarımıza Türkiyə və Azərbaycan səfirləri də dəstək veriblər

ABŞ-ın paytaxtı Vaşinqtonda və ətrafında yaşayan çox sayda soydaşımızın (Anadolu, Azərbaycan və Axıska türklərinin, ABŞ-da yaşayan digər bəzi milli azlıqların) iştirakı ilə 1915-ci ildə baş verən hadisələrin ermənilər tərəfindən təhrif olunmasına qarşı etiraz aksiyası təşkil edilib.

Türkiyənin rəsmi “Anadolu” Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Vaşinqtonda keçirilən etiraz aksiyasında iştirak edən türklər 1915-ci il hadisələrinin ermənilər tərəfindən təhrif olunduğunu və bunu “genosid” kimi təqdim etməyin böyük səhv olduğunu vurğulayıblar. Türkiyənin Vaşinqtondakı səfirliyinin iqamətgahı qarşısında Türk-Amerika Milli İstiqamətləndirmə Komitəsi (TASC) tərəfindən təşkil edilən və Amerika Dəyanət Mərkəzi (DCA) kimi təşkilatların da dəstək verdiyi aksiyada yüzlərlə soydaşlarımız bir araya gəlib. Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü aksiyaya Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç və Azərbaycanın ABŞ-dakı səfiri Elin Suleymanov da dəstək verib.

Əslindı türklərin bu etiraz aksiyasının məqsədi həm də səfirliyin yaxınlığında toplaşmış və 1915-ci il hadisələrinə etiraz edən ermənilərin aksiyasına cavab vermək olub. İstiqlal marşı oxunan tədbirdə Türkiyə və Azərbaycan bayraqları dalağlandırılıb.

Hər iki aksiya insidentsiz başa çatıb.

Bunu da oxu:

Prezident sərəncam verdi: Boş qalmış nazir vəzifələrinə təyinatlar oldu

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Azərbaycan Respublikası Nazirlər …