Baş səhifə / Cəmiyyət / Bakı məktəbində 1-ci sinif şagirdinin zorlanması xəbəri ilə bağlı nazirlikdən rəsmi açıqlama

Bakı məktəbində 1-ci sinif şagirdinin zorlanması xəbəri ilə bağlı nazirlikdən rəsmi açıqlama

63

Daxili İşlər Nazirliyi Bakının Xətai rayonunda yerləşən məktəblərdən birində bir şagirdin digər iki məktəbli tərəfindən zorakılığa məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Oxu.Az-a açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib:

“Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılıb, deyilənlər təsdiqini tapmayıb. Bu məlumatlar hansısa maraqlı şəxslər tərəfindən məqsədli şəkil yayılan dezinformasiyadır”.

Qeyd edək ki, mətbuatda Xətai rayonunda yerləşən orta məktəbin 1-ci sinif şagirdinin 10-cu sinif şagirdləri tərəfindən zorlanması barədə məlumatlar yayılıb.

***

Xatırladaq ki, bu gün bu mövzuda xəbərlər yayılıb. Xəbərdə bildirilir ki, Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. Həmin orta məktəbin valideynləri bildiriblər ki, azyaşlını 10-cu sinif şagirdinin cinsi təcavüzünə məruz qalıb.

Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlan şagirdi ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Valideynlər onu da qeyd ediblər ki, zorlanan şagirdin valideynləri rayonda yaşadığına görə uşaq xalasıgildə qalır.

Valideyinlər məktəb direktoru Nürqələm Bayramovanın zorlanan azyaşlının xalasına 2000 manat verərək susdurduğunu da deyir. Bundan əlavə azyaşlını zorladığı deyilən şagirdin valideynləri direktora rüşvət verərək məktəbdə saxladıqları da söylənilir. Həmin uşağın yerinə günahsız şagird şərlənərək məktəbdən uzaqlaşdırılıb. Valideynlər vurğulayıb ki, direktora nə qədər şikayət etsələr də nəticəsiz qalıb. Şikayətlərinə baxılmadığını görən valideynlər bu gün məktəbin qarşısında aksiya keçiriblər.

Onlar direktorun şikayətlərinə baxmasını və həmin şagirdin dərhal məktəbdən qovularaq cəzalandırılmasını istəyirlər. Valideyinlər direktorun onlarla görüşdən imtina etdiyini söyləyib: “Direktor bizi qəbul etmir. Sözümüz direktora çatdırılmır. Bizi qəbul edənə kimi aksiyamızı davam etdirəcəyik”.

Əraziyə Post Patrul xidmətinin əməkdaşları cəlb olunub və valideyinlərin aksiyasına polis tərəfindən müdaxilə edilib. Hadisədən narahatçılığını ifadə edən valideyinlər məktəb direktorunun onları qəbul etmədiyi təqdirdə aksiyanı davam etdirəcəklərini bildiriblər.

263 nömrəli orta məktəbin direktoru Nürqələm Bayramova zorlama xəbərinin yalan olduğunu söyləyib: “Zorlama olmayıb. Sadəcə 10-cu sinif uşağı azyaşlını döyüb. Uşaq da bundan qorxuya düşüb. Azyaşlını döyən uşaq da məktəbdən uzaqlaşdırılıb”.

Qeyd edək ki, məktəbin qarşısında valideynlər aksiyanı davam etdirir. Valideynlərin verdiyi məlumata görə 35 nömrəli polis bölməsinə direktor və həmin şagird barədə şikayət ərizəsi yazıblar. (big.az)

Bunu da oxu:

Tanınmaz dərəcədə dəyişmiş texnoloji avadanlıqların ilk variantları – Fotolar

Texnologiyalar sürətlə inkişaf etdikcə həyatımıza çoxlu sayda yeni məişət avadanlıqları daxil olur. Bu gün insanların  …